Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin yeddi turu geridə qalıb. Novator.az bildirir ki, A qrupunda Serbiya (14 xal), B qrupunda İspaniya (13 xal), C qrupunda İtaliya (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), F qrupunda Danimarka (21 xal), G qrupunda Niderland (16 xal), H qrupunda Xorvatiya və Rusiya (16 xal), İ qrupunda İngiltərə (19 xal), J qrupunda Almaniya (18 xal) öndədir.
Dünya çempionatının final raundu 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 32 komandanın 13-ü Avropanı təmsil edəcək. Qitədə seçmə mərhələ 10 qrup üzrə aparılır. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.