Xəbər
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi illik hesabat verib
Yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. AZƏRTAC-ın məlumatına görə, Kamran Əliyev deyib ki, ötən il baş idarəyə 10 min 654 müraciət daxil olub: “Bunun 7 min 266-sı “Qaynar xətt” əlaqə mər...
Avro bahalaşdı, dollar yox
Yanvarın 15-də Mərkəzi Bank manatın dollara məzənnəsini ötən gün olduğu kimi saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,5706 manata satılır. 1 avro isə bu gün 1,7106 manatdan 1,7097 manata yüksəlib. Bir neçə digər valyuta da manatdan baha təklif olunur: 1 Avstraliya dolları – 1,0...
Hökumət unun və çörəyin qiymətini aşağı saldı, cəzalar da gəlir
İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayaraq bildirib ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı ildən əlavə dəyər vergisindən azad olunub: “Bunun nəticəsində unun topdansatış qiyməti azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kis...
19-cu “Şöhrət”
Transparency.az bildirir ki, baş prokuror Zakir Qaralov hazırda ali vəzifə tutanlar arasında “Şöhrət” ordeni alan 19-cu şəxsdir. İndiyədək bu ordeni baş nazir Artur Rasizadə, baş nazirin müavinləri Abid Şərifov, İsmət Abasov, Əli Əhmədov, Əli Həsənov, nazirlər Fikrət Məmmədov, Yavər Camalov, Kəmaləd...
Dünyada 4,2 milyard insanın internetə çıxışı yoxdur
Dünya Bankının “İnformasiya texnologiyalarının dividendləri” adlı hesabatına əsasən, dünyada 4,2 milyard insanın internetə çıxışı yoxdur. Bu isə dünya əhalisinin 60 faizi deməkdir. Hesabata əsasən, Hindistan əhalisinin mütləq əksəriyyəti – 1,1 milyard nəfər, Çində 755 milyon nəfər, İndoneziyada isə ...
Cəbhəçi gəncə inzibati həbs verildi
Yanvarın 14-də AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahimə 7 sutka inzibati həbs cəzası kəsilib. Novator.az xəbər verir ki, qərar Nərimanov Rayon Məhkəməsində çıxarılıb. Turan İbrahimi yanvarın 13-ü axşam Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. O, ictimai asayişi pozmaqda ittiham olu...
Döyülüb öldürülən jurnalistin işi üzrə növbəti proses keçirilib
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı məhkəmə prosesi yanvarın 14-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə təqsirləndirilən şəxslərdən daha ikisi – Kənan Mədətov və Arif Əliyev ifadə verib. “Azadlıq” radiosunun məlumatına görə, Sankt-Peterbur...
ABŞ-da müsəlmanların sayı iki dəfədən çox artacaq
2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8 milyon 100 min nəfərə çatacaq. Novator.az bildirir ki, ABŞ-ın “Pew Research Center” sosial araşdırmalar təşkilatı belə proqnoz verib. Hazırda ABŞ-da 322 milyon insan yaşayır. Əhalinin dini mənsubiyyəti barədə rəsmi statistika olmasa da, müstəqil araşdırm...
Müxalif liderlər aksiya ittihamlarına cavab verdi
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bölgələrdə yanvarın 12-13-də keçirilmiş aksiyalara görə məsuliyyəti iki partiyanın və radikal dindarların üzərinə qoyub: “Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və...
Rusiya əhlinin yarıdan çoxu dolların kursunu izləmir
Rusiya əhalisinin əksəriyyəti ABŞ dollarının kursunu izləmir. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi dekabrın 14-də bununla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 48%-i dolların kursunu izləmir, 31%-i hərdən, 20%-i isə...
MTN-in bazasında yaradılmış qurumların statusu rəsmiləşdi
Yanvarın 13-də dövlət başçısı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərmanlar imzalayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanla qurumun əsasnaməsi, strukturu, döv...
Məsuliyyət iki partiyanın və radikal dindarların üzərinə qoyuldu
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, sosial-iqtisadi sahədə yaranmış mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərir: “12-13 yanvarda ...
İlham Əliyev vətəndaşlara gömrük güzəştini ləğv etdi
Prezident İlham Əliyev “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 22 oktyabr 2015-ci il fərmanında dəyişiklik edib. Transparency.az-ın məlumatına görə, yanvarın 13-də imzalanmış yeni fərman “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi i...
Dolların rəsmi kursu 1 manat 57 qəpiyi keçdi
Yanvarın 14-də Mərkəzi Bank manatın məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,5706 manata, 1 avro isə 1,7106 manata satılır. 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dolla...
Dövlət rüsumu qanununda yeniliklər qüvvəyə minib
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Transparency.az xəbər verir ki, əsas yenilik qanunun 23-cü maddəsini əhatə edir. Həmin maddənin yeni redaksiyasına görə, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə ey...
Bölgələrdə etirazlar
Yanvarın 13-ü Ağsu şəhərinin mərkəzində etiraz aksiyası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, aksiyaçılar Heydər Əliyev parkından rayon icra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz bildiriblər. İcra hakimiyyətinin nümayəndələri ...
Fransada üç islam assosiasiyası bağlanıb
Yanvarın 13-də Fransa hökuməti üç islam mədəniyyət assosiasiyasının fəaliyyətinə qadağa qoyub. Novator.az xəbər verir ki, Fransanın daxili işlər naziri Bernar Kaznyov Nazirlər Şurasının iclasında belə açıqlama verib. Kaznyov deyib ki, Lani-syur-Marn şəhərinin məscidində fəaliyyət göstərən assosiasiy...
Terror aktında ölənlərin səkkizi Almaniya vətəndaşıdır
Yanvarın 12-də İstanbulun Sultanahmed meydanında törədilən terror aktında ölən on nəfərdən səkkizi Almaniya vətəndaşıdır. Bununla bağlı məlumatı ölkənin hakimiyyət orqanları təsdiqləyib. AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının daxil...
Arif Hacılı xəbərdarlıqdan danışdı
Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xəbərdarlıq edilib. Transparency.az saytına danışan Müsavat başqanı bildirib ki, idarə rəisi partiyanı bölgələrdə keçirilən aksiyaları təşkil etməkdə günahlandırıb: ...
Rusiya əhalisinin yeni sayı açıqlanıb
Rusiyanın əmək naziri Maksim Topilin yanvarın 13-də ölkə əhalisinin yeni sayını açıqlayıb. Statistika Komitəsinin 2015-ci il yanvarın 1-nə olan məlumatında Rusiyada 146 milyon 300 min adamın yaşadığı göstərilirdi. Novator.az xəbər verir ki, Maksim Topilin 2015-ci ilin sonunadək əhalinin daha 24 min ...