Xəbər
Separatçılar Qarabağa ad qoyur…
İşğalçı Dağlıq Qarabağ rejimi yeni “konstitusiya” qəbul etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, yeni sənədin 2006-cı ildə qəbul edilmiş “konstitusiya”dan əsas fərqi bölgənin adında dəyişiklik olacaq. Separatçı rejim “Dağlıq Qarabağ Respublikası” adından imtina edib “Arsax Respublikası” var...
Kreditlər və əmanətlər azalıb
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, oktyabrın 1-nə ölkədə kreditlərin həcmi 16 milyard 274 milyon manat olub. Novator.az bildirir ki, kreditlərin həcmi bir ayda 54,6 milyon manat azalıb. Sentyabrın 1-nə kreditlərin həcmi 16 milyard 328,6 milyon manat idi. Başqa hesabata görə, oktyabrın 1-...
Məzənnələrdə nə yenilik var?
Noyabrın 7-də ABŞ dollarının rəsmi kursu dəyişməyib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dolları ötən həftənin son iş günündə olduğu kimi 1,6596 manata satır. Bir çox valyuta, o cümlədən avro və Rusiya rublu ucuzlaşıb. Avronun rəsmi məzənnəsi 1,8413 manatdan 1,8377 manata, rublun kursu 0,026...
Azərbaycan xarici ölkələrdə “iqtisadi səfiriliklər” açır
Xarici ölkələrdə Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək. İqtisadiyyat Nazirliyinin noyabrın 4-də yaydığı məlumatda bildirilir ki, ticarət-iqtisadi nümayəndələr diplomatik korpusun tərkibində çalışacaq. İxracın təşviqi məqsədi daşıyan bu prosesə öncə Azərbaycan şirkətlərinin...
Aralıq dənizində 4200-dən çox qaçqın həlak olub
2016-cı ildə Aralıq dənizi ilə Avropa ölkələrinə 335 mindən çox qaçqın və mühacir gəlib. Novator.az-ın məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı noyabrın 4-də belə hesabat yayıb. Təşkilat bəyan edib ki, noyabrın 2-nə qədər Avropa 335 min 31 qaçqın qəbul edib. Ən çox köçkün qəbul edən ölkə Yuna...
Gənc fəal məhkəməni tamaşaya bənzədib
Noyabrın 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Bayram Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da həbs edilib. Gənclər külli miqdarda narkotik vasitə saxlamaqda ittiham ...
Həlak olanların sayı açıqlanıb
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda noyabrın 4-ü səhər saat 8 radələrində bomba yüklü avtomobil partladılması ilə törədilən terror aktından yeni məlumat yayılıb. Novator.az bildirir ki, Diyarbəkir Polis İdarəsinin terrorla mübarizə və çevik qüvvələr şöbəsinin yerləşdiyi binanın yaxınl...
Cəbhə bölgəsində döyüş atışlı təlimlər başlayıb
Silahlı Qüvvələrin tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyəsi yoxlanır. Müdafiə Nazirliyinin 4 noyabr məlumatına görə, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətinin artırı...
Müharibə veteranı adı verilməsi qaydasında dəyişikliklər edildi
Nazirlər Kabineti müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməyə dəyişikliklər edib. Novator.az-ın məlumatına görə, əsasnamənin “Müharibə veteranları” bəndində yeniliyə əsasən, müharibə veteranı adı Azərbaycanın ərazi bütövlü...
Nazirlik pozuntu statistikası açıqlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-31 oktyabr arası qanunvericiliyin tələblərinə riayət olunması durumunu araşdırıb. Rəsmi məlumata əsasən, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf m...
142 və 190-ya nə qədər müraciət olunub?
Oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzlərinə 20 331 müraciət daxil olub. Rəsmi hesabata görə, müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. 74...
“Qarabağ” əlidolu döndü, “Qəbələ” ələndi
Azərbaycanın iki futbol komandası noyabrın 3-də Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçirib. “Qarabağ” səfərdə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib. Salonikidəki “Tumba” stadionunda keçirilən oyunda “Qarabağ” 1:0 hesabı ilə üstün gəlib. J qrupunda yarışan “Qarabağ” dörd turdan...
Türkiyədə 11 deputat tutulub
Noyabrın 4-ü Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ da daxil olmaqla 11 deputat tutulub. Novator.az xəbər verir ki, deputatlar terrora dəstəkdə ittiham olunur. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Səlahəddin Dəmirtaş, Figən Yüksəkdağ, F...
Dollar 1 manat 66 qəpiyə yaxınlaşdı
Noyabrın 4-də ABŞ dollarının rəsmi kursu yenidən yüksəlib. Mərkəzi Bank noyabrın 2-dən 1,649 manata təklif etdiyi dollara 1,6596 manat qiymət qoyub. Avro və Rusiya rublu da bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 1,8329 manatdan 1,8413 manata, rubl 0,0260 manatdan 0,0261 manata qalxıb (Məzənn...
Neft Fondu 60 qurum arasında 4-cü şəffaf təsisat seçilib
Azərbaycanın Dövlət Neft Fondu suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində 92 xalla 60 fond arasında 4-cü yerdə qərarlaşıb. Rəsmi məlumata görə, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun təqdim etdiyi hesabatda şəffaflıq sarıdan ilk yerdə Norveçin Pensiya Fondu dayanır. Yeni Zela...
Hökumət ekoloji mükafatlar təyin etdi
Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və qaydası”nı təsdiqləyib. Novator.az-ın məlumatına görə, sənəd meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahəl...
Əlilliyi olan şəxslərlə bağlı 10 aylıq hesabat
Əlilliyi olan şəxslər yanvar-oktyabr aylarında 28 min 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatında bildirilir ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi ...
47 sahibkar 491 min manat güzəştli kredit aldı
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu noyabrın 3-ü Lənkəran rayonunda işgüzar forum keçirib. Forumda Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit təqdim olunub. Heyvandarlıq, arıçılıq, bağçılıq, qapı-pəncərə istehsalı və s. sahələrin i...
Mandat bölgüsü: Azərbaycan və qeyriləri
Azərbaycanda deputatların beşdə üçə qədəri hakim partiyanın üzvüdür. Yeni Azərbaycan Partiyası 125 nəfərlik Milli Məclisdə 72 nəfərlə təmsil olunur. Parlamentdə daha 11 partiyanın nümayəndəsi yer alır. Vətəndaş Həmrəyliyi Partiyasının 2, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatla...
Qırğızıstanda yeni hakim koalisiya yaradıldı
Noyabrın 3-ü Qırğızıstan parlamentində hakim çoxluq yaradılıb. Novator.az-ın məlumatına görə, koalisiyaya Sosial Demokrat, Qırğızıstan və Bir Bol partiyalarının parlament fraksiyaları daxil olub. Ölkə prezidenti oktyabrın 26-da hökuməti istefaya göndərib. Bu, 4 fraksiyadan formalaşan parlament koali...