Şərh
Cəbhə və liderləri
Novator.az yaradılmasından 30 il ötən Azərbaycan Xalq Cəbhəsi (AXC) ilə bağlı arayışı təqdim edir. AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı...
Məmmədyarovlu komanda
Azərbaycan diplomatları iyulun 9-da peşə bayramlarını qeyd edib. 1919-cu il iyulun 9-da Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul olunub. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsm...
Daxili işlər nazirinin birinci müavini
Novator.az daxili işlər nazirinin yeni birinci müavini Seyfulla Əzimovun bioqrafiyasını təqdim edir. Seyfulla Səttar oğlu Əzimov 1970-ci ildə Şərurun Yuxarı Daşarx kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib....
Erkin Qədirli bayrağın asılma qaydasını dəyişməyə çağırır
Respublikaçı Alternativ Partiyasının xarici əlaqələr katibi, hüquqşünas Erkin Qədirli Azərbaycanın dövlət bayrağının asılmasını tənzimləyən qaydalarda dəyişiklik istəyir. Azərbaycanın dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zola...
Azərbaycanın xarici işlər nazirləri
Novator.az Azərbaycanın xarici işlər naziri olmuş şəxslərin siyahısını təqdim edir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk nazir Məmmədhəsən Hacınski olub. O, mayın 28-dən oktyabrın 6-dək xarici işlər naziri postunu tutub. 1918-ci il oktyabrın 6-dan dekabrın 7-dək Xarici İ...
100 ilin xidməti
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçir. AZƏRTAC-ın arayışına görə, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edib. Prezident İlham Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı sərənca...
Eldar Həsənov çıxış yolunu nədə görür?
Diplomat Eldar Həsənov Moderator.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunub. O deyib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetləri arasında ilk yerdə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur: “Azərbaycan diplomatiyası sivil üsullardan istifadə etməklə, b...
Sosial yeniliklər hesabatı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəsmi dövlət qəzeti “Azərbaycan”ın 5 iyul sayında sosial islahatlar paketindən söz açıb. O yazır ki, dövlət başçısının 2019-cu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 130 manat...
Vergi yeniliyi maaşları üzə çıxarır
Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçota Nəzarət Departamentinin baş direktoru Natiq Şirinov Vergiler.az saytına açıqlamasında əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişin olduğunu deyib. O qeyd edib ki, qeyri-neft sektorunun özəl bölməsində aylıq əməkhaqqı 8000 manatad...
Qadın sahibkarın problemləri, təkliflər
İyulun 3-ü Bakıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi” mövzulu dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının təmsilçiləri, bankların nümayəndələri, beynəlxalq və yerli təşkilatların ...
Dolların 16 ayı
İyulun 5-də Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Bu kurs iyulun 8-dək qüvvədə olacaq. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 16 ayı tamamlanır. Dəyər itirən avro banklara 1,9178, Rusiya rublu 0,0268, Türkiyə lirəsi 0,3028 manata təklif olunur. ...
Qəfil seçki taktikası. Bəs müxalifətin taktikası?
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli növbədənkənar parlament seçkisi ehtimallarını şərh edib. Azərbaycan Konstitusiyasına görə, parlament seçkisi beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. İndiki parlament 2015-ci il noyabrın 1-də seçilib, növbəti seçki 2020-ci il...
Siyahıyaalma nələri üzə çıxaracaq?
Oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. AZƏRTAC Dövlət Statistika Komitəsinin həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşanın bununla bağlı məqaləsini yayıb. Yaşar Paşa yazır ki, Azərbaycan ərazisində siyahıyaalmanı çar Rusiyası 1897-ci ildə...
Pensiyanın illik artımı: qayda dəyişir
Prezident İlham Əliyev parlamentə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Novator.az bildirir ki, layihəyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunur. Hazırda minimum pensiya 160 manatdır. Başqa bir yenilik əmək pensiyalar...
Ukraynanın yeni partiyaları nə təklif edir?
İyun ayı Ukraynanın fırtınalı siyasi həyatında mühüm dövr idi. Bir çox yeni siyasi partiya – Xalq Xidmətçisi, Səs, Güc və Şərəf, Ukrayna Strategiyası və digərləri qurultaylar keçirib iyulun 21-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə proqram və namizədlərini təqdim etdilər. Seçki yarışının...
Problemli kreditlərin məbləği
2019-cu il iyunun 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 494,3 milyon manata düşüb. Mərkəzi Bank belə hesabat yayıb. Novator.az bildirir ki, yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat, fevralın 1-nə 1 milyard 569,4 milyon manat, martın 1-nə 1 milyard 574,...
Məzənnələrin yarım ili
Novator.az valyuta kurslarının yanvar-iyun aylarında necə dəyişməsinə nəzər yetirib. Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda yuxarı rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396 manat olub. Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yan...
Hökumətdə köhnə qvardiya
Novator.az Nazirlər Kabinetində İlham Əliyevin prezidentliyinə qədər post almış şəxslərin siyahısına nəzər salıb. Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. İlham Əliyev 200...
Manatı qorumağa nə qədər valyuta gedib?
Dövlət Neft Fondu Mərkəzi Bankın iyun ayında keçirdiyi valyuta hərraclarında 315,9 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat iyulun 2-də yayılıb. Novator.az bildirir ki, yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərracların...
Müdafiə sənayesi naziri
Bu il yanvarın 14-də prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman vermişdi. Fərmana əsasən, “Azərsilah” Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, tabeliyi...