Şərh
Nazirliklərin tarixi
Novator.az Azərbaycanın nazirlikləri barədə qısa arayışı oxuculara təqdim edir: Daxili İşlər Nazirliyi 1918-ci ildə yaradılıb. 1920-ci ildən 1950-ci illərin ortalarına qədər təhlükəsizlik orqanları ilə bir strukturda fəaliyyət göstərib, Xalq Daxili İşlər Komissarlığı, Birləşmiş Dövlət Siyasi İdarəsi...
Trampın komandası
Novator.az ABŞ prezidenti Donald Trampın yenilənmiş komandasının üzvlərini təqdim edir: Mayk Pens – vitse-prezident Mayk Pompeo – dövlət katibi (xarici işlər naziri) Mark Esper – müdafiə naziri Uilyam Barr – ədliyyə naziri (baş prokuror) Devid Bernhard – daxili işlər naziri Kevin Makalinan – daxili ...
Zelenskinin partiyası
Ukraynada iyulun 21-də keçirilmiş parlament seçkisinin qəti nəticələri bəlli deyil. Novator.az bildirir ki, iyulun 24-nə olan hesabata görə, prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası proporsional sistem üzrə 124, dairələrdən 129 mandat alıb. Ukrayna Konstitusiyasına əsasən,...
Kredit faizlərini nələr qaldırır?
İqtisadçı ekspert Samir Əliyev Bakuresearchinstitute.org saytında dərc olunmuş məqaləsində yazır ki, kreditlərin illik faiz dərəcələrinə çox amil təsir edir və onların bir qrupu makroiqtisadi amillərdir: “Təsadüfi deyil ki, rəsmi şəxslərin açıqlamalarında makroiqtisadi sabitlik əsas gətirilərək kred...
Fuad Ələsgərov məhkəmə islahatlarını şərh edib
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov AZƏRTAC-a açıqlamasında məhkəmə sistemindəki islahatlardan danışıb. O deyib ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati ...
Eldar Namazov iki dövlətin rəhbərlərinə nə təklif edir?
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Azərbaycan və Gürcüstanın siyasi rəhbərlərinə müraciət edib. Müraciət Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli sayılan hissəsində yerləşən “Keşikçidağ” məbədi ilə bağlıdır. Məbədin bir hissəsi Gürcüstanın Saqareco ra...
Sədrlik var, 12-ci sədr yox
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsi bu il yanvarın 15-dən boşdur. Prezident həmin gün Arif Alışanovu QSC-nin sədri vəzifəsindən azad edib. Arif Alışanov sədr postunu 2006-cı ildən tuturdu. Novator.az bildirir ki, Azərbaycan Televiziyası 1956-cı ild...
54 tamam, qalanları davam
2019-2020-ci illər mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda (Çempionlar Liqasına 79, Avropa Liqasına 158) vəsiqə alıb. Novator.az bildirir ki, klub turnirlərində iki təsnifat raundundan sonra 54 komanda mübarizəni dayandırıb. Avropa Liqasının ilkin mərhələsində 7, birinci raundunda 47 koman...
Büdcənin yarım ili
Maliyyə Nazirliyi 2019-cu ilin ilk yarısında dövlət büdcəsinin necə icra olunduğunu açıqlayıb. Rəsmi məlumata görə, yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olub. Büdcə gəlirlərinin ötən ilin ilk yarısı ilə müqayisədə 6 faiz...
Avropa İttifaqının yeni rəhbərləri
Novator.az Avropa İttifaqının yeni rəhbərlərini təqdim edir. 1957-ci ildə yaradılan Avropa İttifaqı hazırda 28 ölkəni bir araya gətirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, L...
Hansı sahədə nə qədər maaş verirlər?
Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu il iyunun 1-nə 583,7 manat olub. Novator.az Dövlət Statistika Komitəsinin saytında iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı göstəricilərinə də nəzər salıb. Yanvar-may aylarında ən yüksək orta maaş m...
Məşğulluq və işsizlik hesabatı
Novator.az Dövlət Statistika Komitəsinin təqdim etdiyi məşğulluq və işsizlik göstəricilərinə nəzər salıb. Hesabata görə, 2019-cu il iyulun 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub, onların 4 milyon 915,2 min nəfərini məşğul əhali təşkil edib. Muzdla işləyənlərin sayı 1 milyon 5...
“Belə cəhdlərə son qoyulmalıdır”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş hadisəni şərh edib. İyulun 14-də bir qrup Gürcüstan vətəndaşı “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycanın sərhəd növbətçi dəstəsinə hücum çəkib. Dövlət Sərhəd Xid...
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli sayılan hissəsində yerləşən “Keşikçidağ” məbədi ətrafında zaman-zaman gərginliklər olur. Məbədin bir hissəsi Gürcüstanın Saqareco rayonunun, digər hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisinə düşür. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” qədim alban ...
İxracın 90 faizi neft və qazdır
2019-cu ilin ilk yarısının xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994,6 milyon dollar olub. Bunun 9 milyard 979 milyon dolları ixrac, 7 milyard 15,6 ...
50 manatlıq prezident təqaüdünün ödəniş qaydası
Nazirlər Kabineti I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə prezident təqaüdünün ödənməsi qaydasını təsdiqləyib. 2019-cu il aprelin 1-dən qüvvədə olan bu təqaüdün aylıq məbləği 50 manatdır. Novator.az bildirir ki, qaydaya görə, təqaüd...
Oynayanlar qazanacaq
UEFA Çempionlar Liqası və Avropa Liqasının 2019-2020-ci mövsümü üzrə mükafat fondu açıqlanıb. Novator.az bildirir ki, Çempionlar Liqasının üçüncü təsnifat raunduna çıxan hər komanda 480 min avro götürəcək. Avropa Liqasının ikinci təsnifat mərhələsinin hər iştirakçısı üçün 260 min avro, üçüncü təsnif...
9 keşikçi
Konstitusiya Məhkəməsinin yaradılmasından 21 il ötür. Novator.az bildirir ki, ana qanuna görə, Konstitusiya Məhkəməsi prezidentin, parlamentin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında bu məsələləri həll edir: 1) A...
Sədrin hesabatı
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun 21 yaşına həsr olunmuş məqalə yazıb. AZƏRTAC-da yayılan məqalədə sədr bildirir ki, 1998-ci il iyulun 14-də yaradılan Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri ana qanunun 130-cu maddəsində əksini tapıb: “Qanunvericilik və icra hakimiyyəti...
Konstitusiya Məhkəməsi Milli Məclisə nəyi tövsiyə edib?
Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrini konstitusiyanın 148-ci maddəsi, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk konvensiyası baxımından şərh edib. Novator.az bildirir ki, Gəncə Apellyasiya Məhkəməsi Konst...