Arif Hacılı iddialara cavab verib
Noyabrın 19-da Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıda mətbuat konfransı keçirib. Tədbirdə Almaniyada qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlardan danışılıb. Son günlər mediada və sosial şəbəkələrdə yayılan iddialara görə, Almaniya polisinin noyabrın 13-də keçirdiyi əməliyyat zamanı A...
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Türkiyədə, İstanbulun Avrasiya Hospitalında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb. Xəbəri onun oğlu Təbriz Gülalıyev yayıb. Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şu...
Sabiq baş nazirə yeni vəzifə verildi
Sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Rəsmi xəbər noyabrın 19-da yayılıb. Novator.az bildirir ki, Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutu...
Məhkəmə sisteminə yeniliklər gəlir
Milli Məclisin 19 noyabr iclasında “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual M...
İbrahim Məmmədov kabinetin mətbuat xidmətinə getdi
Jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib. O, noyabrın 19-da bu postdan getmiş Ayaz Mirzəyevi əvəzləyib. Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinə 2019-cu ilin aprel ayından rəhbərlik edirdi. Novator.az bildirir ki, 1964-ci il təvəllüdlü İbrah...
Ermənistanda minimum maaş nə qədər olur?
Noyabrın 19-da Ermənistan parlamenti minimum əməkhaqqının 68 min drama (241 manat) qaldırılmasını nəzərdə qanun layihəsini son oxunuşda qəbul edib. Novator.az xəbər verir ki, artım 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq. Minimum əməkhaqqı 2015-ci ildən 55 min dramdır. Azərbaycanda minimum əməkhaq...
Hökumət sözçüsü vəzifədən getdi
Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri postundan azad edilib. Noyabrın 19-da özünün “Facebook” səhifəsində açıqlama yayan Ayaz Mirzəyev çalışdığı müddət ərzində fəaliyyətinə dəstək göstərən keçmiş və indiki rəhbərliyə təşəkkür edib: “Eyni zamanda bu müddət ərzində mətbuat xidm...
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
Demokratik Qüvvələrin Milli Şurası qurumun Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı bəyanat yayıb. Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. 2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq ...
Büdcəni necə müzakirə etməli?
Rövşən Ağayev Milli Məclis 2020-ci il büdcəsinin müzakirəsini əsasən bitirdi (İlk oxunuş) – bundan sonrakı iclaslar (İkinci oxunuşa nələr gedir?) formal xarakter daşıyır. Uzun illərdir büdcə məsələləri üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti təsisatları müzakirələrin effektivliyini artırmağı, bütövlük...
İş məhkəməyə getdi
Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Xəbəri Report.az yayıb. Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Bakı Slavyan Universitetini filoloq ixtisası ilə b...
Aksiya dağıdıldı, aksiya davam edir
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri noyabrın 18-i axşam müxalif fəallara qarşı əməliyyat keçirib. Noyabrın 14-də ölkə parlamenti konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin tam proporsional əsasda – partiya siyahıları üzrə seçi...
Nöqtə zamanı
Noyabrın 19-da Avropa futbol çempionatının seçmə mərhələsində qrup turniri yekunlaşır. Novator.az-ın məlumatına görə, son oyun gününədək final raunduna çıxan 19 milli komanda bəllidir: A qrupundan İngiltərə və Çexiya, B qrupundan Ukrayna və Portuqaliya, C qrupundan Almaniya və Hollandiya, D qrupunda...
Talıbovun hesabatı, tapşırıq
Noyabrın 18-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Naxçıvanın inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf edib, sosial sahədə, iqtisadi ...
Tofiqin cəzası bitdi
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu noyabrın 18-də azadlığa buraxılıb. Novator.az bildirir ki, Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs almışdı. O, paytaxtın B...
Mahnı terapiyası
Böyük Britaniyanın Səs Terapiyası Akademiyasının tədqiqatçıları musiqinin səhhətə təsirini araşdırmaq üçün sorğu keçiriblər. Novator.az-ın məlumatına görə, 7500 nəfərin qatıldığı sorğunun nəticələrinə əsaslanan mütəxəssislər yaxşı əhval və ruhi sağlamlığı qorumaq naminə gündə ən azı 78 dəqiqə musiqi...
Qarabağlı general postunu itirdi
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də general-polkovnik Movses Akopyanı baş hərbi müfəttiş vəzifəsindən çıxarıb. Onun iki müavini də postdan götürülüb. Novator.az bildirir ki, 1965-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olan Movses Akopyan 1988-ci ildən SSRİ Silahlı Qü...
Yaxın ölkələrlə rəsmi ticarət statistikası
Novator.az Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 2 milyard 314,7 milyon dollarlıq məhsul ixrac edib. Rusiyaya 570 milyon dollarlıq, Gürcüstana 495,6 milyon dollarlıq...
Oturaq aksiyanın tələbləri
Gürcüstanda müxalif fəallar paytaxt Tbilisidə fasiləsiz aksiya keçirir. Novator.az-ın məlumatına görə, noyabrın 18-də parlamenti mühasirəyə alan aksiyaçılar deputatları içəri buraxmır. Noyabrın 14-də parlament konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin ...
Apokalipsis haqqında
Və ya müdrik hekayətçi bizə nə demək istəyirdi… Mətləb Ağa “Apokalipsis”ə qədər (orijinal adı “Apocalypto”, 2006-cı ildə Amerika Birləşmiş Ştatlarında çəkilmiş film) Mel Gibsonu (ingiliscə tam adı Mel Colm – Cille Gerard Gibsondur, 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində doğulmuş...
Seymur və başqaları
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan əvvəlki günlərdə tutulan AXCP sədrinin müavini Seymur Həzi və bu partiyanın fəalları Emil Səlimovla Abdulla Mahmudov 30 sutkalıq cəzanı başa vuraraq azadlığa çıxıblar. Seymur Həzi 2014-cü il avqustun 29-da bi...