Mehman Hüseynov xaricə müayinəyə gedib
Bloqçu Mehman Hüseynov tibbi müayinədən keçmək üçün Gürcüstana yola düşüb. “Turan” agentliyi xəbər verir ki, Mehmanın müayinə və müalicə olunmasına zərurət onun ötən il dekabrın 27-də aldığı xəsarətlərə görə yaranıb. Məlumata görə, Mehman dekabrda xəsarət alandan sonra Bakıda tibbi müayinədən keçib,...
Yaxın ölkələrlə ticarət
Novator.az Azərbaycanın yaxın ölkələrlə 2019-cu ildəki rəsmi ticarət statistikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ildə Azərbaycan Türkiyəyə 2 milyard 862,6 milyon dollarlıq məhsul ixrac edib. Rusiyaya 731,8 milyon dollarlıq, Gürcüstana 586,9 milyon dollarlıq, Ukrayn...
Deputat olmaq istəyən deputatlar
Fevralın 9-u Azərbaycanda parlament seçkisi keçiriləcək. Marafona qoşulanların 82-si indiki Milli Məclisdə təmsil olunur. Novator.az onların hansı dairələrdən namizəd olmasına nəzər salıb: 1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov (YAP) 2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli (YAP) 3 ...
İxrac və idxalın rəsmi göstəriciləri
Novator.az Azərbaycanın 2019-cu ildəki rəsmi ixrac-idxal dinamikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ildə Azərbaycandan 19 milyard 635,5 milyon dollarlıq məhsul ixrac olunub, idxal 13 milyard 667,2 milyon dollar həddində rəsmiləşib. Yanvarın ixracı 1 milyard 279,4 mi...
Cəbhəçi niyə həbsə getdi?
AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev 30 sutkalıq həbs cəzası alıb. Qərarı yanvarın 13-də Səbail Rayon Məhkəməsi çıxarıb. Əlizamin Salayev həmin gün AXCP-nin digər üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovla birgə tutulub. “Turan”a danışan Nicatın sözlərinə görə, onlar Səbail rayonunda...
Xarici ticarətin illik hesabatı
2019-cu ilin xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin yekun hesabatına görə, ötən il Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 33,3 milyard dollar olub, 19,6 milyard dollarlıq ixrac, 13,7 milyard dollarlıq idxal qeydə alınıb. 195 ölkə ilə tica...
13 yanvar müşavirəsində
“İqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir”. Yanvarın 13-də keçirdiyi müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib. 2019-cu ilin yekunlarına həsr olunmuş 13 yanvar müşavirəsində birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev...
Nazir jurnalistin məsələsini nəzarətə götürüb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu qəbul edib. Son günlər sosial şəbəkədə naməlum şəxslərin Anar Məmmədovu vəhşicəsinə döyməsi və bu hücumu hansısa oliqarxın təşkil etməsi barədə uydurma xəbərlər yayılıb. Baş redaktor daxili işlər ...
İxracın şaxələnməsi: beynəlxalq hesabat nə deyir?
Dünya Bankı Qazaxıstan iqtisadiyyatı üzrə illik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, hesabatda Qazaxıstanın ixracının konsentrasiya səviyyəsi beş resurs ölkəsi, o cümlədən Azərbaycanla müqayisə edilib: “Ekspertlərin hesablamalarına görə, 2000-2018-ci il...
Ekspertin nazirliyə təklifi var
İqtisadçı Qubad İbadoğlu Təhsil Nazirliyinə təklif verib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, ictimaiyyət hansı orta və ali məktəb daha yaxşıdır, hansı ixtisası seçməli, hansı peşəni öyrənməli kimi suallarla tez-tez qarşılaşır: “Belə sualları cavablandırmağ...
“Yetimdoyduran” çıxıb
Gürcüstanda yaşayan azərbaycanlı şair İbrahimxəlilin “Yetimdoyduran” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitab Tbilisinin “Saqa” nəşriyyatında çap olunub. Kitaba müəllifin yeni yazıları, “Durna diasporu” silsiləsindən otuz beş şeiri və yenidən işlədiyi “İbrahim” rapsodiyası daxil edilib. Mənəvi...
Üçüncü əməliyyat
Yol qəzasında kəllə-beyin travması alan Oqtay Gülalıyev üçüncü dəfə əməliyyat olunub. Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurub. Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi...
1 yerə 8 iddiaçı var
Azərbaycan parlamentinə – Milli Məclisə seçilmək istəyən şəxslərin müvafiq sənədləri dairə seçki komissiyalarına təqdim etmək vaxtı yanvarın 10-da başa çatıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 11 yanvar hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2431 iddiaçı ...
Bələdiyyə üzvü seçilmiş şəxslərin siyahısı
Mərkəzi Seçki Komissiyasının 11 yanvar iclasında 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları təsdiqlənib (Protokol). Hesabata görə, seçkilər 118 seçki dairəsinin 5049 məntəqəsini əhatə edib, 1606 bələdiyyədə 15156 yerə 41462 nəfərin namizədliyi qeydə alınıb, səsverməy...
General niyə namizəd ola bilmədi?
Azərbaycan Ordusunun birləşmə komandanı olmuş general-mayor Qabil Məmmədovun deputatlığa namizədliyi qeydə alınmayıb. Novator.az bildirir ki, fevralın 9-da keçiriləcək parlament seçkisinə öz təşəbbüsü ilə qatılan Qabil Məmmədov namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dai...
Siyavuş Novruzov 123-ləri təqdim edib
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası fevralın 9-da keçiriləcək parlament seçkisinə 123 namizədlə qatılıb. Yalnız 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 saylı Xankəndi seçki dairələrini boş buraxan partiyanın icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və din...
Bu il bizə nə vəd edir?
Rəhman Bədəlovprofessor Hələ altı ay əvvəl belə təsəvvür yaranırdı ki, Azərbaycan cəmiyyəti letargiya yuxusuna gedib. Bütün ictimai aktivlik (bunun üçün kifayət qədər pulu olanlar) mollara, kafelərə və möhtəşəm toylara sərf olundu. Yalnız tənbəllər kuluarlada bir il, beş il, on il sonra iqtisadiyyat...
Qatar gedəndən sonra…
Bakı Apellyasiya Məhkəməsi Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayətinə yanvarın 15-də baxacaq. Novator.az-ın məlumatına görə, proses hakim İlqar Murquzova həvalə olunub. Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il qərarından şikayətçi olan jurnalist hə...
İstintaq bitdi
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sərkisyanın və daha 4 şəxsin cinayət işi üzrə ibtidai istintaqı tamamlayıb. Novator.az bildirir ki, yanvarın 10-da yayılan rəsmi məlumata görə, cinayət işinin materialları tanışlıq üçün təqsirləndirilənlərə təqdim olunub. Rəsmi ittihama əsasə...
5 dəqiqəlik çıxışa 19500 manat
Yanvarın 17-də parlament seçkisinin təşviqat mərhələsi başlayır. Fevralın 9-da keçiriləcək seçkinin ödənişli təşviqatına teleradio qurumlarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulub. Novator.az İctimai Televiziyanın seçki təşviqatı qiymətlərinə nəzər salıb. Həftənin I-V günlə...