2020-ci il yanvarın 1-nə Azərbaycan paytaxtında 26 min 342 nəfər rəsmi işsiz qeydə alınıb. Novator.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi bildirir ki, işsizlikdən sığorta ödənişi alan 330 nəfərə hesablanmış orta aylıq məbləğ 205 manat olub.
Səbail və Yasamal rayonlarını birləşdirən 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində 3708 nəfər işsiz rəsmiləşib. Digər rayonlar üzrə rəsmi işsizlərin sayı belə göstərilir:
Sabunçu – 4889 nəfər
Suraxanı – 3735
Binəqədi – 3534
Xətai – 2413
Nəsimi – 2091
Nizami – 1917
Xəzər – 1637
Nərimanov – 1103
Qaradağ – 745
Pirallahı – 570.