Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı
Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-u Bakıda tutulublar, Binəqədi Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda ittiham etdiyi xəbər verilir. Bu ittiham 8 ildən 12 il...
Ukraynalılar ən çox haralara sığınır?
İşğalçı savaşın didərgin saldığı ukraynalıların Avropa İttifaqı məkanında ən çox haralarda sığınacaq aldığı açıqlanıb. Novator.az-ın məlumatına görə, Avropa Statistika Bürosu (Eurostat) bildirir ki, Rusiyanın total təcavüzünün başlandığı gündən – 2022-ci il fevralın 24-dən bəri Polşa 1,3 milyon ukra...
Layihənin qanun yolu
Milli Məclis sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənir. Payız sessiyası sentyabrın 30-da başlanacaq. Novator.az bildirir ki, parlamentin daxili nizamnaməsinə görə, Milli Məclisin sədri qa...
Kralın ömür yolu
Novator.az Böyük Britaniyada taxta çıxan Çarlz Filip Artur Corcun ömür yoluna nəzər salıb. Dövlət başçısı – kral taxtında III Karl (Çarlz) adı ilə oturacaq Çarlz 1948-ci il noyabrın 14-ü Londonda doğulub. Kembric Universitetində incəsənət üzrə ali təhsil alıb. Kral Hava Qüvvələri və Kral Donanmasınd...
Çərçivə qanunu
Müstəqil siyasətçi Azər Qasımlı siyasi partiyalar qanununu yeniləmək təşəbbüsünə münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır ki, prezident İlham Əliyev Ukrayna müharibəsindən sonrakı dövrə hazırlaşır: “Getmək istədiyi yol siyasi meydanı qapatmaq və siyasətə yeni insanların gəlişini ən...
Pandemiya adamların işə münasibətini dəyişib – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində COVİD-19 pandemiyasının işə yeni münasibət formalaşdırdığı haqda yazı dərc olunub. Novator.az-ın məlumatına görə, redaksiya heyəti adından təqdim olunan “Ofisdən kənarda: pandemiya və işə yeni münasibət” başlıqlı məqalədə bildirilir ki, 2019-cu ilin dekabrında Çində...
AYNA-nın statusu
Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib. Agentlik dövlət başçısının 11 oktyabr 2021-ci il fərmanı ilə yaradılıb. Qurumun nizamnamə fondunun məbləği 5 milyon 642 min 390 manat göstərilir. No...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 816985 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9843-ü vəfat edib, 3027-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəl...
UEFA-nın klub reytinqi
Novator.az UEFA-nın klub reytinqinə nəzər salıb. İngiltərənin başçılıq etdiyi reytinqin ilk beşliyində İspaniya, Almaniya, İtaliya və Fransa da yer alır. Azərbaycan 55 üzv arasında 29-cudur. Reytinq turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-he...
Kraliça vəfat etdi
Böyük Britaniyanın dövlət başçısı – kraliça II Yelizaveta sentyabrın 8-də vəfat edib. 1926-cı ildə doğulan II Yelizaveta 1952-ci il fevralın 6-dan taxtda idi. Novator.az bildirir ki, dövlət başçısı – kral postuna mərhum kraliçanın böyük oğlu Çarlz (III Karl) keçir. Çarlz 1948-ci il təvəllüdlüdür. İn...
Partiyaya ianə: köhnə norma, indiki, plan
Sentyabrın 7-də dərc edilən “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi ianə məsələsini sərtləşdirir. Novator.az bildirir ki, layihəyə görə, siyasi partiya yalnız Azərbaycan vətəndaşından ianə qəbul edə bilər: “İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın ə...
ABŞ seçki yolunda, qüvvələr nisbəti
Noyabrın 8-i ABŞ Konqresinə seçkilər keçiriləcək: 435 nəfərlik alt qanadın – Nümayəndələr Palatasının bütünlüklə yenilənməsi, 100 nəfərlik yuxarı palatanın – Senatın 35 üzvünün seçilməsi gözlənir. Novator.az bildirir ki, indi Nümayəndələr Palatasında Demokratlar Partiyasının 219, Respublikaçılar Par...
“İnstagram”a rekord məbləğdə cərimə
İrlandiya Məlumatların Qorunması Komissiyası (DPC) “İnstagram” sosial şəbəkəsini rekord məbləğdə – 405 milyon avro cərimələyib. Səbəb kimi “İnstagram” şəbəkəsinin yetkinlik yaşına çatmayanların məlumatlarının qorunması üzrə qanunla müəyyən edilmiş qaydaları pozması göstərilib. “İnstagram” amer...
Nəyə hazırlıq?
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu gerçək müxalifətin tam ləğvinə hazırlıq görüldüyü qənaətindədir. Novator.az-ın məlumatına görə, o, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsindəki bəzi məqamlara nəzər salaraq yazır: “Siyasi partiyaların dövlət qeydiyyat...
“Ölkədə elə bir müxalifət var ki…”
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə münasibət bildirib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, partiyalar qanununa real müxalifət partiyasını ləğv etmək, fəaliyyətini dayandırmaq və qeydə almamaq üçün mexanizmlər daxil...
Partiyalar üçün say ələyi
Sentyabrın 7-də “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsi açıqlanıb. Milli Məclisin təqdim etdiyi layihənin ən diqqət çəkən məqamı partiyaların dövlət qeydiyyatına alınması şərtinin ağırlaşmasıdır. Novator.az bildirir ki, 1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanuna görə, siyasi parti...
Böyük liqada turnir vəziyyəti
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə qrup raundunun bir turu geridə qalıb. Novator.az bildirir ki, 6-7 sentyabr oyunlarından sonra qruplarda sıralama belədir: A qrupu – “Ayaks”, “Napoli”, “Liverpul”, “Reyncers”; B qrupu – “Atletiko”, “Brügge”, “Portu”, “Bayer”; C qrupu – ...
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkil...
Partiyaların yeni qanunu: layihə dərc edildi
Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini dərc edib. Novator.az bildirir ki, layihəyə görə, siyasi partiyaların bu məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir: Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin...
Niyyət var, qərar da gözlənir
Qazaxıstanda növbədənkənar prezident seçkisi barədə müzakirələr gedir. Təklifi xalqa 1 sentyabr müraciətində dövlət başçısı Qasım-Comərd Tokayev verib. O, seçkinin 2022-ci ildə keçirilməsini, həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasını, bir dəfədən artıq seçilməyə yasaq qoyulması...