Bakıda orta maaş, başqa göstəricilər
Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci il iyulun 1-nə 1065,7 manata çatıb. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb. Rəsmi məlumata görə, yanvar-iyul aylarında sənayedə istehsal və xidmətlərin həcmi 43,1 milyard manat olub, ötən ilin eyni dövrü ilə müqayisəd...
Manatı qoruyan vəsait
Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 392 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 mily...
Pentaqon Çin və Rusiyanın kosmosda yaratdığı təhlükədən narahatdır
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi Rusiya və Çinin hazırladığı yeni növ kosmik silahlarla bağlı artan təhlükəni müzakirə etmək üçün toplantı keçirmək qərarına gəlib. Novator.az redaksiyası Nyu-York şəhərində yerləşən, kosmos, astronomiya sahəsi üzrə ixtisaslaşmış Spase.com saytına istina...
İşğalçı rejimdə yeni lider?
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə yeni lider peyda olur: Ruben Vardanyan. Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda m...
Qadağaya etiraz işi Ali Məhkəmədə
Ali Məhkəmə ölkədən çıxışı yasaqlanan siyasətçi Tofiq Yaqublunun şikayətinə baxacaq. Proses oktyabrın 26-na təyin olunub. Sentyabrın 2-də Novator.az-a danışan siyasətçi deyib ki, ata yurdu Gürcüstana səfərinə icazə verilmir: “2021-ci il iyulun 11-də anam vəfat etdi. Onda ev dustağı idim, dəfnə, yasa...
Rusiya hərbçilərinin neçə postu var?
Azərbaycanın Yuxarı Qarabağ bölgəsində və Ermənistana gedən Laçın yolunda təhlükəsizliyə məsul olan Rusiya hərbi kontingenti ərazidə 30 müşahidə postu qurub. Novator.az Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, postların 3-ü Laçın yolunun Ermənistana yaxın hissəsində, qalanlar...
Ukraynalıların Qorbaçova münasibəti necədir? – “Nyu-York Tayms”
Ukraynalıların Mixail Qorbaçova münasibəti necədir? 1931-ci ildə Şimali Qafqazda doğulan, anası ukraynalı, atası rus olan Mixail Qorbaçov 1985-ci ilin martında Sovet Sosialist Respublikaları İttifaqının – Rusiya, Ukrayna, Belarus, Moldova, Estoniya, Latviya, Litva, Azərbaycan, Ermənistan, Gürc...
Camaatı nə incidir?
AXCP sədri Əli Kərimli Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı şərh yayıb. Siyasətçi qeyd edir ki, qurumun yeni rəhbərliyi işə maaşlarını artırmaqdan başlayıb: “SOCAR rəhbərliyinin maaşı onsuz da yüksək idi. İndi əməkhaqqını iki dəfə artırıblar, şirkət prezidentinin aylıq maaşı 13 min manat, vitse-pre...
Əli Əliyevə yeni iş?
Bakı İstintaq Təcridxanasında saxlanan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev yenidən cinayət məsuliyyətinə alına bilər. “Turan”ın 1 sentyabr məlumatına görə, kamera yoldaşı siyasətçinin fiziki təzyiqinə məruz qaldığını iddia edərək şikayət verib, Sabunçu Rayon Polis İdarəsi araşdırma apa...
Harada neçə xəstə var?
Sentyabrın 2-nə olan beynəlxalq statistikaya görə, 208 ölkə və ərazidə 17 milyon 187 mindən çox aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 558715 xəstə İran – 86462 Gürcüstan – 81500 Estoniya – 70118 Moldova – 59155 ...
Populyar adların rəsmi siyahısı
Novator.az Azərbaycanın populyar adlarının rəsmi siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin hesabatına görə, 2022-ci ildə doğulmuş qızlara ən çox Zəhra adı qoyulub: 1183 uşaq. Məryəm adı 959, Zeynəb adı 937 qıza verilib. İlk onluqda Aylin (935 uşaq), Fatimə (808), Nilay (789), Mələk (761), İnci (6...
İtirilmiş zamana səyahət
Bircə İşdə yıxılıb əməlli xəsarət aldım. Dalınca bərk xəstələndim, göy öskürəyə oxşayan bir ölət yapışdı boğazımdan. Hansı loğmana üz tutdumsa dərmanımı tapan olmadı. Bir gün oğlum məni Şuşaya səfər biletiylə müjdələdi: – Bax bu səfər səni sağaldacaq, heç olmasa özünü qoru o vaxtacan. Ehtiyatl...
Komissar uyğur hesabatını yayıb istefaya getdi – “Forbes”
BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet, nəhayət ki, Çində uyğurların vəziyyətinə dair hesabatını dərc edib. Mişel Baçelet aylar uzunu Sincan Uyğur Muxtar Rayonuna məhdudiyyətsiz giriş tələbindən sonra bu ilin may ayında Çinə səfər edə bilmişdi. Bu, BMT-nin insan haqları komissarının ...
Müsbət işartılar dərdə çarədirmi?
Media hüquqçusu Xalid Ağalıyev yazır ki, avqustun 29-da Səbail Rayon Məhkəməsi Böyük Britaniyada yaşayan vəkil Qurban Məmmədovun “Turan” informasiya agentliyi də daxil olmaqla 5 media qurumun qarşı mülki iddiasını rədd edib: “Qərar hələ tərəflərə təqdim olunmayıb, məhkəmənin əsaslandırmasından xəbər...
Bağlı qapı ana qanunu necə pozur?
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasını konstitusiya pozuntusu sayır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, ana qanunun 25-ci maddəsi hər kəsə bərabərlik hüququ verir: “Dövlət … əmlak vəziyyətindən … asılı ...
“Avroviziya 2023”: ilkin siyahı yenilənib
Böyük Britaniyada keçiriləcək “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka razılıq verən ölkələrin sayı 27-yə çatıb. Novator.az sentyabrın 1-nə olan siyahını təqdim edir: Albaniya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İslandiy...
Koronavirus statistikası
Ümumi hesabata görə, Azərbaycanda 813437 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9805-i vəfat edib, 3505-i aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. ...
31 avqust görüşü
Avqustun 31-i Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəliblər. Görüş barədə məlumatı AZƏRTAC yayıb. Şarl Mişelin bəyanatına görə, görüşdə Ermənistanla Azərbaycan arasında sülh mü...
İki islamın savaşı
Çaldıran döyüşünün 508-ci ildönümü ərəfəsində düşüncələr Fəxri Uğurlu Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır. Əbəs yerə bu döyüşün bir adını da “sufiqıran” qoymayıblar. Sultan II Bəyazidin zamanında Şah İsmayıl Osmanlı imperiyası ilə savaşa girməkdə maraqlı dey...
Valyutaların səkkiz ayı
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin səkkiz ayda necə dəyişməsinə nəzər salıb. Avro 2022-ci ilə 1,9191 manatla girib, yanvarda yüksək kurs 1,9506, fevralda 1,9494, martda 1,9039, apreldə 1,8810, mayda 1,8267, iyunda 1,8271, iyulda 1,7773, avqustda 1,7540 manat olub. Gürcüstan larisi 0...