Dünyanın səsi
Rusiya Navalnının saytını blokladı
Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor” hazırda həbsdə olan müxalif lider Aleksey Navalnının saytına girişi Rusiya ərazisində bloklayıb. Söhbət Navalny.com saytından gedir. İndi Rusiya ərazisində Navalny.com-...
Qızıllı ölkələr
Novator.az Tokio Yay Olimpiya Oyunlarının çempionluq statistikasına nəzər salıb. Beynəlxalq Olimpiya Komitəsinin internet səhifəsi iyulun 23-də start götürən olimpiadanın hesabatında ABŞ və Çini 9 qızıl medalla öndə göstərir. Yaponiya 8, Rusiya 5, Böyük Britaniya 4 qızıl əldə edib. Avstraliya və Cən...
Zooparkda koronavirusa yoluxma qeydə alınıb
ABŞ-ın San-Diyeqo şəhərindəki zooparkların birində 9 yaşlı erkək irbisdə koronavirus infeksiyası aşkarlanıb. İrbisin bir başqa adı qar bəbiridir. Qar bəbirlərinin sayı dünyada getdikcə azalır. Bu heyvan növü məhv olma həddindədir. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla bild...
Niyə Rusiya “Pegasus”dan istifadə etmir?
Bugünlərdə beynəlxalq araşdırıcı jurnalistlər qrupu üzə çıxardı ki, dünyanın bir çox repressiv hökuməti media təmsilçilərinin, ictimai-siyasi fəalların, hüquq müdafiəçilərinin telefonlarını İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramı ilə izləyir. Araşdırma dünya mediası...
Yeni parlamentə yeni sədr gəlir
Ermənistanın yeni seçilmiş parlamentinin ilk iclası avqustun 2-nə təyin olunub. Novator.az Armeniasputnik.am saytına istinadla bildirir ki, hakim Vətəndaş Sazişi Partiyası parlament sədri postuna Alen Simonyanı namizəd göstərib. Alen Simonyan 1980-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin hüqu...
Dünya, yaxın ölkələr, Azərbaycan
İyulun 27-nə olan beynəlxalq statistika yeni növ koronavirus infeksiyasının 209 ölkə, ərazi və məkanda 4 milyon 183 mindən çox adamın ölümünə gətirdiyini göstərir. Novator.az bildirir ki, Rusiya 154601 ölümlə yaxın ölkələr arasında birincidir. İran 89122, Ukrayna 52849, Türkiyə 50997 itki verib. Dig...
“Nyu-York Tayms”ın Qarabağ reportajı
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Dağlıq Qarabağda yerüstü minalar, buldozerlər və hökm sürən gərginlik” başlıqlı reportaj dərc olunub. Novator.az-ın məlumatına görə, reportajda 44 günlük müharibədən sonra bölgəyə dörd günlük səfərə gəlmiş jurnalistlərin – “Nyu-York Tayms”ın Moskva bürosunun ...
Kasıb ölkələrdə əhalinin cəmi 1%-i peyvənd olunub
Aşağı gəliri ölkələrdə əhalinin cəmi 1%-i koronavirus əleyhinə peyvənd olunub. Yüksək gəlirli ölkələrin əhalisinin isə 51%-i COVİD-19 əleyhinə peyvəndin ən azı bir dozasını qəbul edib. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Kayzerlər Ailəsi Fondunun apardığı yeni tədqiqat üzə çıxarıb. Tədqiqatın...
19 ölkənin qızılı var
İyulun 26-na olan hesabata görə, Tokio Yay Olimpiya Oyunlarında 19 ölkənin təmsilçiləri çempionluq əldə edib. Novator.az Beynəlxalq Olimpiya Komitəsinin internet səhifəsinə istinadla bildirir ki, Çin və Yaponiya 6 qızıl medalla öndə gedirlər. ABŞ 5 qızıl, Avstraliya və Cənubi Koreya 2 qızıl əldə edi...
Maskalar işə yarayırmı? Elmi araşdırmalar nə deyir?
Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində “Qoruyucu maskalar işə yarayırmı? Elmi araşdırmalar nə deyir?” başıqlı məqalə dərc olunub. Novator.az saytı məqələni ingiliscədən çevirərək təqdim edir. Böyük Britaniyada qapalı məkanlarda və ictimati nəqliyyatda maska taxmağın könüllü olm...
Kremlin tənqidçiləri Rusiyanı tərk edir
Son həftələrdə Rusiyada Kremlin bir sıra tənqidçiləri ölkəni tərk edib. Novator.az-ın məlumatına görə, bununla bağlı Rusiyanın ingilis dilində çıxan “The Moscow Times” qəzetində məqalə dərc olunub. “Kremlin hansı tənqidçiləri Rusiyanı tərk edib?” başlıqlı məqalədə deyilir ki, ölkədən çıxanlar bunu ə...
Telefonda casus proqramı: suallar və cavablar – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Suallar və cavablar: casus proqramına dair bələdçi məlumat. “Pegasus” necə işləyir, kimlər ən həssas təbəqədir və nə üçün hücumlardan qorunmaq çətindir?” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifləri “Vaşinqton Post”un texnologiyalar üzrə müxbiri Kreyq Timberq...
Koronavirus mövsümi virusdursa, yayda niyə yayılır?
Böyük Britaniyanın “The Guardian” qəzetində “Koronavirus mövsümi virusdursa, yayda niyə yayılır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi London Kral Məktəbinin Genetika İnstitutunun direktoru, professor Fransua Baludur. Novator.az saytı məqaləni qısa ixtisarla ingiliscədən çevirib təqdim ed...
Ermənistanda yeni deputatların siyahısı təsdiqləndi
İyulun 22-də Ermənistanın Mərkəzi Seçki Komissiyası yeni parlamentə mandat alan şəxslərin siyahısını təsdiqləyib. Novator.az bildirir ki, iyunun 20-də keçirilmiş növbədənkənar seçkidə formalaşan parlament 107 deputatdan ibarətdir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Sazişi...
Rusiya ilə necə davranmalı? Tarixi teleqramın izi ilə…
Kanadanın CBC kanalının internet səhifəsində amerikalı diplomat Corc F.Kennanın 1946-cı ildə Moskvadan Vaşinqtona göndərdiyi məxfi teleqram haqqında məqalə dərc olunub. “Rusiya ilə necə davranmalı? Amerikalı diplomatın 5000 sözdən ibarət teleqramı 75 il sonra da aktualdır” başlıqlı məqalənin müəllif...
Ermənistan: müdafiə naziri səlahiyyətlərinin icraçısı istefa verdi
Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş...
Peyvənd olunmayanların peşmanlığı – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində “Peyvəndlənməmiş adamlar xəstəxanaya düşəndən sonra vaksin vurdurmamağın peşmanlığını çəkirlər” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, koronavirus əleyhinə peyvəndlənməyən və hazırda COVİD-19 diaqnozu ilə xəst...
Moldovada mandat bölgüsü
Moldovanın Mərkəzi Seçki Komissiyası iyulun 11-də keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, iyulun 19-da verilən qərara görə, prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 101 nəfərlik parlamentə 63 mandat əldə edir. Kommunist və S...
Pandemiya şəhərlərə necə təsir göstərir? – “The Economist”
Böyük Britaniyanın “The Economist” jurnalında koronavirus pandemiyasının şəhərlərə təsiri haqqında məqalə dərc olunub. Redaksiya heyəti adından təqdim edilmiş məqalənin başlığı orijinalda belədir: “COVİD-19 amerikalılara şəhər mərkəzlərini tərk etməyə əsas versə də, onlar həmin mərkəzlərdən uzaqlaşm...
ABŞ-ın keçmiş dövlət katibi: “Putini xərcə salmaq gərəkdir”
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo prezident Cozef Baydenin Rusiyanın təşkil etdiyi kiberhücumlara verdiyi cavabı müzakirə etmək üçün bu həftə “Fox TV”də yayımlanan “Dan Boncino ilə olduğu kimi” proqramına qoşulub. Ötən ay ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladmir Putin İsveçrənin...