BÜTÜN MATERİALLAR
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Rövşən Ağayev İslahat mövzusu son dörd ildə rəsmi təbliğatın gündəliyindən çıxmır. Belə görünür ki, hələ uzun müddət hökumətin informasiya siyasətinin bu prioriteti dəyişməyəcək. Hökumət səhiyyə, təhsil, sosial müdafiə sistemindən tutmuş vergi, gömrük, aqrar sektoradək bütün...
- 03 İyun 2019
Hüquqşünas “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb
İyunun 1-də D18 Hərəkatı “İlin Cümhuriyyətçisi” mükafatının təqdimatını keçirib. Mükafat hüquqşünas Yalçın İmanova verilib. 5 ildir təqdim olunan mükafat hər il siyasi məhbus hesab edilən şəxslərə və ictimai fəallara verilir. D18 hərəkatı 2013-cü ildə yaradılıb. Hərəkat Azər...
- 03 İyun 2019
Problemli kreditlər fərmanı necə icra olunub?
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərin həllinə dair fərmanın icrası ilə bağlı birgə açıqlama yayıb. Novator.az bildirir ki, prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kre...
- 03 İyun 2019
Cəhənnəmdən keçmiş mələk (124)
Avtobioqrafik roman Üçüncü bölüm Müəllif: BİRCƏ Qış gəlhagəldə anama daha böyük müsibət üz verdi – dayımın böyük qızı Qələm xalamın ərinin bilmirəm neçənci cüməsində rəhmətə getdi. Məndən üç yaş böyük dayıqızı yasa gedib-gəldiyimiz həftələrdə mənlə isinişmişdi, nəyə görəsə ...
- 03 İyun 2019
Silahlı Qüvvələrə Yardım Fondunun nə qədər vəsaiti var?
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaiti açıqlayıb. İyunun 1-nə olan rəsmi hesabata görə, fondda 99,8 milyon manat, 213,6 min ABŞ dolları, 16,6 min avro və 5 min rubl var. 2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat, 213,6 min ABŞ dolları, 15,1 m...
- 03 İyun 2019
Dövlət qulluqçuları: staj, yaş, əməkhaqqı
2019-cu il yanvarın 1-nə Azərbaycanda 29,1 min nəfər dövlət qulluqçusu olub. Dövlət Statistika Komitəsinin rəsmi hesabatında dövlət qulluqçularının 7,4 faizinin 1 ilə qədər, 24,2 faizinin 5 ilə qədər, 23,2 faizinin 10 ilə qədər, 16,8 faizinin 15 ilə qədər, 28,4 faizinin 15 i...
- 03 İyun 2019
Məzənnələrin iyun siftəsi
Altıncı ayın ilk rəsmi məzənnələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank iyunun 3-də avronun kursunu 1,9001 manata qaldırıb. Gürcüstan larisi (0,6115 manat) və Türkiyə lirəsi də (0,2903 manat) bahalaşıb. Dəyər itirən Rusiya rublu banklara 0,0259 manata təkli...
- 03 İyun 2019
Çempionlar Liqasının bütün qalibləri
UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümü İngiltərənin “Liverpul” klubunun zəfəri ilə başa çatıb. “Liverpul” iyunun 1-i İspaniya paytaxtı Madriddə keçirilən final matçında İngiltərənin “Tottenhem” komandasından üstün olub – 2:0. Bu, 1955-ci ildə yaradılmış, 1992-c...
- 03 İyun 2019
Ermənistan hökumətində təyinatlar
Ermənistan prezidenti Armen Sərkisyan baş nazir Nikol Paşinyanın təqdimatlarına baxaraq hökumətin yeni strukturuna uyğun təyinatlar edib. Novator.az-ın məlumatına görə, Tiqran Xaçatryan iqtisadiyyat naziri, Akob Arşakyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ...
- 03 İyun 2019
Orduda yeni təlimlər
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhə zonasında yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib. Mod.gov.az-ın 31 may məlumatına görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikas...
- 31 May 2019
Poroşenko partiya sədri seçildi
Mayın 31-i Ukrayna paytaxtı Kiyevdə Avropa Həmrəyliyi Partiyasının qurultayı keçirilib. Novator.az-ın məlumatına görə, qurultay sabiq prezident Pyotr Poroşenkonu partiya sədri seçib. Avropa Həmrəyliyi Partiyası mayın 24-də parlamentdəki Pyotr Poroşenko blokunun – Həmrə...
- 31 May 2019
Polşalı memarların xatirəsinə həsr edilən lövhələr açılıb
Mayın 31-i Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib. Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyevlə polşalı həmkarı Anjey Duda iştirak ediblər. AZƏRTAC-ın arayışına görə, Bakının tarix...
- 31 May 2019
Məhkəmə Köçəryanla bağlı şikayətə baxacaq
Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryan və başqalarının işi üzrə şikayəti icraata götürüb. Novator.az-ın məlumatına görə, Baş Prokurorluğun təqdim etdiyi şikayətə hakim Armen Danielyanın sədrliyi ilə baxılacaq. Prokurorluq Robert Köçəryanın azadlığ...
- 31 May 2019
İyunun havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağını bəyan edib. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə is...
- 31 May 2019
Ziyarətin cəriməsi
Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurası mayın 28-i Abşeronun Novxanı qəsəbəsində Respublika Gününə həsr olunmuş yürüş-mitinqlər keçirib. Novxanının girişindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin qəsəbədəki heykəlinə doğru ...
- 31 May 2019
Şəhid mayor torpağa tapşırılıb
Azərbaycan Ordusunun mayoru Aqil Akif oğlu Omarov mayın 31-də dəfn edilib. Aqil Omarov ötən gün səhər cəbhənin Ağdam rayonu istiqamətində düşmənin snayper atəşi nəticəsində şəhid olub. Report.az-ın məlumatına görə, şəhid mayın 31-də Qaxın Lələpaşa kəndinin qəbiristanlığında ...
- 31 May 2019
Azərbaycan-Polşa sənədləri imzalanıb
Azərbaycana rəsmi səfərə gələn Polşa prezidenti Anjey Duda mayın 31-i Bakıda rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət və hökumət nümayəndələri Anjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Rəsmi qarşılanma mərasi...
- 31 May 2019
Bankların 25,3 milyard manat verəcəyi var
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən 30 bankın 29 milyard 769,1 milyon manat aktivi, 25 milyard 349,3 milyon manat öhdəliyi olub. Ban...
- 31 May 2019
İqtisadçı Vergilər Nazirliyinə yeni səlahiyyət verilməsini p...
Prezident İlham Əliyevin 30 may sərəncamı ilə Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilir. Bunun üçün normativ hüquqi aktların layihələri hazırlanmalıdır. Novator.az bildirir ki, Maliyyə Monitorinqi Xidməti ötən il mayın 25-də, cinayət yolu ilə əldə e...
- 31 May 2019
Həmsədrlər yeni təkliflər verib
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə son səfərləri barədə bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, mayın 27-dən 30-dək regi...
- 31 May 2019