BÜTÜN MATERİALLAR
Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi
Vergilər Nazirliyinin 26 avqust məlumatına görə, prezident İlham Əliyevin 4 avqust sərəncamının tələblərinə uyğun olaraq “Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə...
- 26 Avqust 2016
Pulsuz təşviqat: hər qrupa həftədə 45 dəqiqə düşür
İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3...
- 26 Avqust 2016
Yer quruyur
Yer səthinin quru hissəsi artır. Novator.az-ın məlumatına görə, bunu Niderlandın Deltares İnstitutu mütəxəssislərinin apardığı araşdırmalar üzə çıxarıb. Alimlərin “Nature Climate Change” jurnalında dərc olunmuş araşdırmasında bildirilir ki, son 30 ildə Yer səthinin quru hiss...
- 26 Avqust 2016
6 ayda Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib
2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib. Məlumat APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsindən verilib. Bildirilib ki, 2016-cı ilin birinci yarım ili üzrə ölkə ərazisində baş ver...
- 26 Avqust 2016
25 ilin qazancı və itkiləri
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il ötür. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqd...
- 26 Avqust 2016
Klinton: 288, Tramp: 174, tərəddüd edən: 76
Noyabrın 8-i ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki şanslı namizəd var: Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından Hillari Klinton. ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Ko...
- 26 Avqust 2016
Rusiya iqtisadiyyatı bir ildə 0,9% geriləyib
Avqustun 26-da Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar-iyul aylarında ümumi daxili məhsulun həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb. İqtisadi geril...
- 26 Avqust 2016
Şikayət verilib. Faiq Əmirli təqsirsiz olduğunu deyir
“Azadlıq” qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya instansiyasına şikayəti verilib. “Report”un xəbərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq. “Azad...
- 26 Avqust 2016
İtaliya: zəlzələdə ölənlərin sayı 267-yə çatıb, 387 yaralı v...
İtaliyada baş vermiş zəlzələdə ölənlərin sayı 267-yə çatıb. Novator.az xəbər verir ki, Milli Mülki Müdafiə Xidmətinin avqustun 26-da yaydığı məlumata görə, Mark, Abrusso və Latsio xəstəxanalarında 387 yaralı var. Zəlzələ qurbanları sayının daima artdığı və xilasetmə işlərini...
- 26 Avqust 2016
Türkiyə Azərbaycana yeni səfir göndərir
Türkiyə Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub: Erkan Özoral. Xarici İşlər Nazirliyinin baş direktor müavini postundan səfir vəzifəsinə keçirilən Erkan Özoralın yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacağı gözlənir. Xəbəri Türkiyə səfirliyi avqustun 26-...
- 26 Avqust 2016
233 komandanın 153-ü ələnib
UEFA Çempionlar Liqası və Avropa Liqasında təsnifat mərhələləri başa çatdı. Novator.az-ın məlumatına görə, dörd raundun sonunda 54 UEFA üzvündən 28-nin bütün təmsilçiləri Avropa klub turnirləri ilə vidalaşıb. Yalnız İspaniya (7 komanda), İtaliya (6) və Belçika (5) itki vermə...
- 26 Avqust 2016
Xarici valyutalar yuxarı üz tutub
Mərkəzi Bank avqustun 26-da xarici valyutaların böyük əksəriyyətinin kursunu yuxarı istiqamətdə dəyişib (Məzənnələr). Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6245 manatdan 1,628 manata, 1 avro 1,8308 manatdan 1,8374 manata qalxıb. Digər valyutalara bu qiymətlər q...
- 26 Avqust 2016
Qəza statistikası
Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı azalıb. 2015-ci ilin müvafiq ...
- 26 Avqust 2016
Varşava – azadlıq və sevgi şəhəri
(Fotolu, xatirəli reportaj) Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırd...
- 25 Avqust 2016
AXCP üzvünə inzibati həbs verilib
Avqustun 24-ü saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulova 1 aylıq inzibati həbs cəzası verildiyi bildirilir. İsmayıl Rəsulovun oğlu Elşən İsmayılov Turan agentliyinə deyib: “Polisə getdik, dedilər məhkəməyə aparıblar. Məhkəməyə getdik, orda da ...
- 25 Avqust 2016
İradə Zeynalova “Vremya”dan gedir
Rusiyanın Azərbaycan əsilli telejurnalisti İradə Zeynalova yeni mövsümdən “1-ci kanal”ın həftəlik “Vremya” informasiya-analitik proqramının aparıcısı olmayacaq. Məlumat avqustun 25-də yayılıb. Novator.az xəbər verir ki, İradə Zeynalovadan sonra “Vremya”nı “Ekspert” media hol...
- 25 Avqust 2016
“Tramadol” nədir?
Keçmiş səhiyyə naziri Əli İnsanova yeni ittihamların biri də psixotrop maddə saxlama ittihamıdır. Onun Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı bildirilir. Transparency.az qeyd edir ki, “Tramadol” güclü təsir e...
- 25 Avqust 2016
Kanadanın hər yerində qadın polislərə hicab geyinməyə icazə ...
Kanadada qadın polislərə hicab geyinməyə icazə verilib. Novator.az-ın məlumatına görə, bunu Kanadanın İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Skott Berdsli açıqlayıb. Skott Berdsli Kanada polisinin bütün insanların mədəniyyətinə, dini dəyərlərinə hörmətlə yanaşıldığı ...
- 25 Avqust 2016
İnternet pulunu bəri başdan alacaqlar
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi sentyabrın 1-dən internet və İPTV xidmətləri üzrə öncədən ödəmə sisteminin tətbiqinə başlayır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi mə...
- 25 Avqust 2016
Sabiq nazirə nə qədər iş düşür?
11 ildir həbsdə yatan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb. Transparency.az həmin maddələri təqdim edir: 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından...
- 25 Avqust 2016