Sərkisyan tələbələri əsgər aparan qanunu imzaladı
Noyabrın 29-da Ermənistan prezidenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu imzalayıb. Novator.az xəbər verir ki, qüvvəyə minən qanun təhsilə görə hərbi xidmətdən möhlətin ləğvini nəzərdə tutur. Hərbi xidmətdən möhlət yalnız Müdafiə Nazirliyi ilə mülki müqavilə bağlayan şəxslərə...
Adların 11 ayı
2017-ci ilin 11 ayında Azərbaycanda doğulmuş qız uşaqlarına verilən ən populyar ad Zəhradır. Novator.az-ın məlumatına görə, bu ad ilin əvvəlindən 2423 qıza qoyulub. Nuray (1876 uşaq) ikinci, Zeynəb (1448) üçüncü populyar addır. İlk onluğu bu qız adları davam etdirir: Məryəm – 1444 uşaq, Aylin – 1347...
Yağış suyundan enerji istehsal edən qurğu yaradılıb
Bakıda, Zərifə Əliyeva adına liseyin 9-cu sinfində təhsil alan 15 yaşlı Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılıb. Təhsil Nazirliyinin məlumatına görə, Reyhan məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Rey...
Asudə vaxt nəyə sərf olunur?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi asudə vaxt sorğusu keçirib. Sorğu noyabrın 20-21-də yaşı 18-dən yuxarı 1200 respondent arasında telefonla aparılıb. Novator.az xəbər verir ki, noyabrın 30-da açıqlanan nəticələrə görə, 2017-ci ildə boş vaxtını ev və bağ təsərrüfatına, ailə problemlərinə həsr e...
Hərracda qiymət 25 mindən 61 minə qalxıb
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, 28 noyabr hərracında 20 dövlət əmlakı (7 kiçik dövlət müəssisəsi, 8 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi) özəlləşdirilib. Kiçik dövlət müəssisələri Bakı, Sumqayıt və Göygöl şəhərlərində və Cəlilabad rayonunda yerləşir. Hərracda sahibini...
Rusiya hökuməti işsizə nə qədər pul verir?
Rusiya hökuməti 2018-ci il üçün işsizlik üzrə müavinət məbləğlərini təsdiqləyib. Novator.az xəbər verir ki, qərara əsasən, 2016 və 2017-ci illərdə olduğu kimi gələn il də işsizlik müavinətinin aşağı həddi 850 rubl (25 manat), yuxarı həddi 4900 rubl (142 manat) olacaq. Rusiya Əmək və Sosial Müdafiə N...
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi rəsmiləşdi
Qeydiyyatı ləğv olunmuş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə müraciəti geri qaytarılıb. Xəbəri noyabrın 28-də APA yayıb. Rusiya Ali Məhkəməsi mayın 15-də Ədliyyə Nazirliyinin istəyi ilə ÜAK-nin qeydiyyatının ləğvinə qərar verib. Ədliyyə Nazirliyinin iddias...
Ağcabədidə açılışlar
Noyabrın 28-də Ağcabədi rayonuna səfər edən prezident İlham Əliyev Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları...
Prezident hərbi hissəyə baş çəkib
Noyabrın 28-də prezident İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqla...
UEFA-nın klub reytinqində durum
Novator.az UEFA-nın klub reytinqində duruma nəzər salıb. Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son 5 mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna...
Nazirlik üçün yeni bina tikiləcək
Kənd Təsərrüfatı Nazirliyi üçün yeni inzibati bina tikiləcək. “Turan” agentliyi xəbər verir ki, nazirlik binanın tikintisi üçün təkliflər sorğusu həyata keçirir. Bu məqsədlə tikinti şirkətlərindən sənədlərin qəbuluna başlanıb. Sənədlərin qəbulu üçün 10 gün vaxt ayrılıb. Yeni inzibati binanın tikinti...
Prezidentin Tərtər səfəri
Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfər edib. Tərtər şəhərinin mərkəzində prezidenti icra başçısı Müstəqim Məmmədov qarşılayıb, ona son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Müstəqim Məmmədov bildirib ki, rayonun sosi...
Suyu krandan içməyin xeyri nədir, ziyanı nə?
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri su kranından su içməyin xeyrini-ziyanını araşdırıblar. Novator.az-ın məlumatına görə, araşdırma göstərib ki, suyu birbaşa krandan içən uşaqlar və yeniyetmələr diş kariyesindən daha az əziyyət çəkir, amma onların bir qisminin qanında qurğuşunun miqdarı ...
Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı azərbaycanlı vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması niyyətinə münasibət bildirib. Azadliq.org-un məlumatına görə, təşkilatın Cənubi Qafqaz üzrə direktoru Georgi Qogiya bu haqda belə yazır: “Hər hansı bir vəkil müştərisi...
Bu dəfə lirə bahalaşıb
Noyabrın 28-də avronun rəsmi kursu 2,0272 manatdan 2,0239 manata düşüb. Novator.az-ın məlumatına görə, gürcü larisi də dəyər itirib. Ötən gün banklara 0,6308 manata satılan lari indi 0,6268 manata təklif olunur. Türk lirəsi isə bahalaşaraq 0,431 manatdan 0,435 manata yüksəlib. Mərkəzi Bank ABŞ dolla...
Cəbhə bölgəsində zabit evi açılıb
Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib. Xəbəri Mod.gov.az noyabrın 27-də yayıb. Rəsmi məlumata görə, ikimərtəbəli, 33 yaşayış otağı və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olun...
Sabirabad sərəncamı
Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında prezident sərəncamı imzalanıb. Novator.az-ın məlumatına görə, noyabrın 27-də rəsmiləşən sənəd qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və xidmət müəssisələri yaradılmasını nəzərdə tutur. Məhəllənin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azə...
Yeni dövlət proqramında nələr var?
Prezident İlham Əliyev baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün dövlət proqramını təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlər üçün Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaiti nə...
5 mağazada yoxlamanın nəticələri
Vergilər Nazirliyi yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamenti paytaxtın Yasamal və Xətai rayonlarının ərazisində operativ vergi nəzarəti tədbirləri keçirib. Taxes.gov.az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən 2 “Forte fashion” geyim mağazasında, eləcə də Xətai rayonunda yerləşən ...
Rusiyanın ən kriminal və ən təhlükəsiz yerləri
Rusiya Baş Prokurorluğu həm ölkənin ən kriminal, həm də ən təhlükəsiz bölgələrinin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2017-ci ilin ən kriminal bölgələri Tuva Respublikası, Zabaykalye, Buryatiya, Saxalin və Amur vilayətləri olub. Baş Prokurorluğun rəsmisi Aleksandr Kurennoy ilin 10 ay...