Asudə vaxt nəyə sərf olunur?
- 29 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi asudə vaxt sorğusu keçirib. Sorğu noyabrın 20-21-də yaşı 18-dən yuxarı 1200 respondent arasında telefonla aparılıb.
Novator.az xəbər verir ki, noyabrın 30-da açıqlanan nəticələrə görə, 2017-ci ildə boş vaxtını ev və bağ təsərrüfatına, ailə problemlərinə həsr edənlərin sayı 60% olub. 2010-cu ildə respondentlərin 47%-i boş vaxtını bu işlərə sərf edib.
Sorğu internetin populyarlığını üzə çıxarıb. Respondentlərin 21%-i boş vaxtını kompüter arxasında keçirməyə (2005-ci ildə 5%) üstünlük verir.
Sorğu iştirakçılarının 23%-i asudə vaxtını kitab oxumaqla keçirdiyini bəyan edib.
2010-ci illə müqayisədə (63%) respondentlərin 29%-i boş vaxtda televiziyaya baxdığını və radioya qulaq asdığını demişdi.
Sorğuya cəlb olunanların 9%-i (2010-cu ildə 25%) boş vaxtında qəzet və jurnal oxumağa üstünlük verdiyini bildirib.
Respondentlərin bir o qədəri də (2010-cu ildə 22%) asudə vaxtında musiqiyə qulaq asdığını deyib.
Sorğu iştirakçılarının 13%-i boş vaxtında kinoteatra, 12%-i idman klubuna, 8%-i teatra, 6%-i konsertə getdiyini söyləyib.
Sorğuya qatılanların 8%-i boş vaxtını əlavə təhsilə və ya ixtisasartırmaya sərf etdiyini vurğulayıb.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusu 2010-cu illə (17%) müqayisədə təbiətdə dincəlmək istəyənlərin (34%) və ev hobbisi (əl işləri, fotoqrafiya və s.) olanların (11%-dən 26%-ə çatıb) sayının artdığını göstərib.
Respondentlərin 30%-i boş vaxtını dostları ilə keçirdiyini bildirib.
Səidə Hüseynova