Rusiya əhalisinin real gəlirləri 4% azalıb
2015-ci ildə Rusiya əhalisinin real gəlirləri 2014-cü illə müqayisədə 4% aşağı düşüb. Novator.az xəbər verir ki, Federal Statistika Xidmətinin yanvarın 25-də yaydığı hesabatda belə deyilir. Hesabata görə, ötən ilin dekabrında əhalinin real gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7% aza...
Bakıda 3 dərəcə şaxta gözlənilir
Yanvarın 26-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, g...
Büdcədə nələr dəyişəcək?
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər zamanı neftin qiyməti bir barrel üzrə 25 ABŞ dolları səviyyəsində götürülə bilər. AZƏRTAC xəbər verir ki, maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində belə deyib. O qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman ...
Rusiyada qəzet, kitab və dəftər-qələm 13,5% bahalaşıb
2015-ci ildə Rusiyada qəzetlər, kitablar və dəftərxana ləvazimatı 2014-cü illə müqayisədə 13,5% bahalaşıb. Novator.az xəbər verir ki, bunu Rusiya Federal Statistika Xidməti açıqlayıb. Bahalaşma 2014-cü ildəki göstəricidən iki dəfəyədək çoxdur. 2014-cü ildə 2013-cü illə müqayisədə qəzet, kitab və dəf...
Dolların kursunda yüksəliş
Yanvarın 25-də Mərkəzi Bank manatın dollara məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,6028 manatdan 1,6054 manata qalxıb. 1,6028 manat qiyməti yanvarın 19-da müəyyən edilmişdi. 1 avronun rəsmi qiyməti isə yanvarın 22-si ilə müqayisədə 1,7365 manatdan 1,7356 manata eni...
“Gəncəbank”ın lisenziyası ləğv edilib
“Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilib. Bu haqda qərarı Mərkəzi Bankın İdarə Heyəti yanvarın 22-də çıxarıb. Qərara əsasən, “Gəncəbank” ASC məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyəti...
Portuqaliyada yeni prezident
Portuqaliyada yanvarın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, Marselu Rebelu di Souza qalib gəlib. Novator.az xəbər verir ki, Marselu Rebelu di Souza səslərin 52%-ni qazanıb. Onun ən yaxın rəqibi Antonio Sampayu da Novua seçicilərin 23%-nin dəstəyini alıb. Sol blokun namizədi...
Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar bahalaşaraq 32,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 32,77 dollar olub. Xəbəri AZƏRTAC yayıb.
ANS haqda qərar icra olunmadı
Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərarını təxirə salıb. Şura “Hesabat”ın yayımının 1 aylığa dayandırılması haqda qərarını yanvarın 22-də çıxarmışdı. Qərarın icrasının dayandırıldığı isə yanvarın 23-də elan olunub...
Yol üstündə (Qarabağ söhbətləri)
“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar • Almatıya məktub • Güllələr, toylar, şəkillər • Sərçələr qaldı • Sevgilər Hikmət Sabiroğlu 89-un söhbətidir. Ağdamdakı Şuşa avtovağzalında dayanıb avtobusun tərpənməyini gözləyird...
Ağlımızın dekorativ çiçəklənmə dövrü (İkinci yazı)
Oqtay Qorçu İngilis alimlərinin qənaətinə görə, insan beyni genetik ötürülən mənəvi vərəsədir. Yəni oğullar öz ağıllarını, biliklərini atalardan, analardan siqnal təki qəbul edir. Belə nəticəyə gəlmək olar ki, valideynlərin və nəslin şüur dərəcəsi, ruh halı, biliyi, düşüncəsi bir insan övladının yad...
Bir ildə xarici ticarət əməliyyatları 33,44% azalıb
Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 2015-ci il hesabatını açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, xarici ticarət əməliyyatları 2014-cü ilə nisbətən 33,44% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,36% artım, ixrac əməliyyatlarında 47,66% azalma qeydə alınıb. Ötən il...
“Hesabat” dayandırıldı, ANS-ə lisenziyanın ləğvi barədə xəbərdarlıq gəldi
Yanvarın 22-də Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərar qəbul edib. “Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir. Milli Televiziya və Radio Şurasının...
Mərkəzi Bankın bir illik itkisi açıqlandı
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatlarının həcmi bu il yanvarın 1-nə 5 milyard 16,7 milyon ABŞ dolları olub. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu məbləğ 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 741,6 milyon dollar azdır. Ötən ilin noyabr ayı ilə müqayis...
Rusiya rəsmisi: orta ömür 72 yaşa yaxındır
Rusiyada orta ömür 72 yaşa yaxındır. Novator.az bildirir ki, Rusiya baş nazirinin müavini Olqa Qolodets yanvarın 22-də Tver şəhərində keçirilən regional tibbi forumda belə açıqlama verib. Qolodets deyib ki, əllərində dəqiq demoqrafik məlumatlar olmasa da, orta ömrün 72 yaşa yaxın olduğu qənaətinə gə...
Qəzet çıxaranı da, yayanı da, alanı da… böhran vurub
Manatın dəyərdən düşməsi çap məhsullarında da bahalaşma yaradıb. Qəzetlərin böyük əksəriyyətinin buraxıldığı “Azərbaycan” nəşriyyatı xidmət haqqını 25%, bəzi nəşrlər satış qiymətini 10-20 qəpik artırıb. Yanvarın 22-də Transparency.az-a danışan “Qaya” yayım firmasının rəhbəri Xanhüseyn Əliyev deyib k...
Keçmiş müstəntiq ev dustaqlığına buraxıldı
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib. Rüfət S...
Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin B...
Azərbaycan prezidenti: “Neft amilini unutmalıyıq” – VİDEO
Prezident İlham Əliyev yanvarın 21-i Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzulu sessiyada iştirak edib. AZƏRTAC-ın məlumatına görə, sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defterios bir barrel neftin qiymətinin 28 dollara düşdüyünü qeyd edərək prezidentdən ...
İmaməli Rəhmanın ömürlük prezidentliyə yolu açılır
Yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı İmaməli Rəhmanın qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini təsdiq edib. Novator.az xəbər verir ki, aşağı palatanın deputatları yeni qanun layihəsinin mətnini ekspertiza üçün Konstitusiya Məhkəməsinə gön...