“AzəriLayt” bu ay nə qədər ucuzlaşıb?
Avqustun 12-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 67,98 dollara satılır. Bu, ayın start qiymətindən 4,72 dollar aşağı göstəricidir. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna ...
Yenə İsrail-İran müharibəsi – “Foreign Policy”
ABŞ-ın “Foreign Policy” jurnalında “Üfüqdə növbəti İsrail-İran müharibəsi görünür” adlı məqalə dərc olunub. Yazının müəllifi Kuinsi adına Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun icraçı vitse-prezidenti Trita Parsidir. 2019-cu ildə yaradılan, ABŞ-ın 6-cı prezidenti (1825-1829-cu illər) Con Kuins...
Sülh sazişinin mətni
Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətni açıqlanıb (Sazişin Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi). Saziş layihəsini iki ölkənin xarici işlər nazirləri avqustun 8-i Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri və Ermənistanın baş...
Büdcənin xərc istiqamətləri
Azərbaycanın 2025-ci il büdcəsində 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Maliyyə Nazirliyi yarım illik xərci 17 milyard 95,6 milyon manat göstərib, istiqamətləri belə sıralayıb: müdafiə və milli təhlükəsizlik – 3 milyard 850,1 milyon manat; iqtisadi fəaliyyət – 2 milyard 716,9 milyon m...
Sərmayə və sənaye göstəriciləri
Dövlət Statistika Komitəsi yanvar-iyul ayları üzrə kapital qoyuluşunu 9 milyard 911,8 milyon manat göstərib, investisiyanın 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artığını bəyan edib. Hesabata görə, neft-qaz sektorunda sərmayə 18,4 faiz azalıb, qeyri-neft/qaz sektorunda 15 faiz artıb. Başqa...
İnflyasiya hesabatı
Dövlət Statistika Komitəsinin hesabatına görə, iyulda Azərbaycanda istehlak qiymətləri 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz artıb, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,2 faiz, qeyri-qida məhsulları 2,1 faiz, ödənişli xidmətlər 5,6 faiz bahalaşıb. 1992-ci ildə ölkədə qiymə...
Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?
8 avqust 2025-ci il otuz səkkizinci ili yaşanan Ermənistan-Azərbaycan münaqişəsində sülh ümidi ilə tarixə düşür. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyannamə imzaladılar, sərhədlərin tox...
Netanyahunun sülh şərtləri
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza müharibəsinin bitməsi şərtlərini açıqlayıb. Avqustun 10-u Yerusəlimdə mətbuat konfransı keçirən hökumət başçısı deyib ki, ilk növbədə HƏMAS təşkilatının bütün hərbi imkanları məhv edilməlidir. Novator.az-ın məlumatına görə, Benyamin Netanyahu qalan şərtlə...
Sülh yolunda
Dövlət başçısı İlham Əliyev avqustun 8-i Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlib. ABŞ prezidenti Donald Trampın iştirak etdiyi görüşdə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsi...
Gürcüstan seçki havasında
Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərə dair arayış yayılıb. Novator.az bildirir ki, 64 şəhər və rayonda həm mer, həm də məclis seçilməsi nəzərdə tutulub. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur, yerli məclislərə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faiz...
Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”
2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın dövlət büdcəsi 4,9 trilyon rubl kəsirlə icra olunub. Hesabatı yayan Maliyyə Nazirliyi bildirir ki, illik büdcə kəsirinin 3,8 trilyon rublu ötməməsi nəzərdə tutulmuşdu. Novator.az-ın məlumatına görə, “Röyter” (Reuters) agentliyi qeyd edir ki, 2024-cü ilin ...
“Avroviziya 2026”: 19 ölkə bəllidir
Avstriyada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin siyahısı yenilənib. Yarışa qatılmağa ev sahibi ilə yanaşı 18 ölkənin razılıq verdiyi bildirilir: Albaniya, Almaniya, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr...
Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna əhalisinin Rusiya ilə müharibədən qurtulmaq şərtlərinə münasibətini öyrənib. Sosioloqlar sorğuda mümkün sülhü üç varianta – şərti planlara bölüb: ABŞ-ın planı, Avropa İttifaqı və Ukraynanın planı, Rusiyanın planı. Novator.az-ın məlumatına görə, iy...
Yeni prezidentdən yeni konstitusiya vədi
Polşa prezidenti səlahiyyətlərinin icrasına başlayan Karol Navrotski konstitusiya islahatı anonsu verib. Novator.az-ın məlumatına görə, avqustun 6-da keçirilmiş andiçmə mərasimində çıxış edən Karol Navrotski dövlət quruluşu islahatlarına məsul şura yaratmaq niyyətində olduğunu deyib. O, şuranın işin...
Sabit kursun xərci
Mərkəzi Bank 7 il 5 aydır ABŞ dollarının kursunu sabit saxlayır. Dolların rəsmi məzənnəsi 2015-ci ildə 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salıb. 2018-ci il martın 7-dən eyni qiymət qüvvədədir: 1,7 manat. Kurs valyuta hərracları ilə tənzi...
Yeni danışıq ərəfəsi
Avqustun 8-i ABŞ prezidenti Donald Trampın paytaxt Vaşinqtonda azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparması gözlənir. Üçtərəfli görüşün də nəzərdə tutulduğu danışıqların əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb. Martın 13-də Azərbaycanla Erm...
“AzəriLayt”da enmə
Avqustun 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 69,14 dollara satılır. Bu, büdcə qiymətindən 86 sent aşağı qiymətdir. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula ...
Türkiyədə yeni çözüm cəhdi
Türkiyə Böyük Millət Məclisi (TBMM) partiyalarının qurduğu Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası dekabrın 31-dək fəaliyyət göstərəcək. Novator.az bildirir ki, reqlament fəaliyyətin erkən dayandırılmasına və ya fəaliyyət müddətinin uzadılmasına da imkan verir. İlk iclası avqustun 5-də...
“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb
İyulda Rusiyanın neftə bağlı vergi daxilolmaları 2024-cü ilin eyni ayı ilə müqayisədə 33 faiz azalıb. Hesablamanı ölkənin Maliyyə Nazirliyinin göstəriciləri əsasında “Blumberq” agentliyi aparıb. Novator.az bildirir ki, hesablamaya görə, Rusiyanın neft-qaz gəlirləri ötən ilin iyul ayına nəzərən 27 fa...
Qaqauz başqan həbsə getdi
Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü avqustun 5-də paytaxt Kişinyovun Buykon Rayon Məhkəməsi çıxarıb. Yevgeniya Qutsul seçkinin və hökumət əleyhinə aksiyaların qanunsuz maliyyələş...