Baş Prokurorluğun rəsmi hesabatı
Baş Prokurorluğun rəsmi hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 yaşayış evi, 90 çoxmənzilli bina, 382 mülki obyekt dağılıb. 1988-...
Gömrükdə pozuntular
Gömrük pozuntularının doqquz aylıq statistikası bəlli olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında 134 qaçaqmalçılıq faktı, 87 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 14 gömrük ödənişindən yayınma fakt...
Doqquz ayın ticarəti
Doqquz aylıq xarici ticarət hesabatı yayılıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 18,4 milyard dolları ötüb, 10,6 milyard dollara yaxın ixrac, 7,8 milyard dollardan ç...
43 dollar həndəvərində
AZƏRTAC-ın 20 oktyabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 42,48 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 40,57 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinə 42,44 dollar qiymət qoyulduğu vurğulanır. 2020-ci ilin dövlət büdcəsində bi...
Koronavirus: yaxın ölkələrin itkiləri
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 193 ölkə, ərazi və məkanda 1 milyon 123 minə yaxın adamın ölümünə səbəb olub. İlk yoluxmanın bu il fevralın 28-də qeydə alındığı Azərbaycanda 630 itki var. Novator.az yaxın ölkələr üzrə göstəricilərə də nəzər salıb: İr...
Cəbhədə vəziyyət
Oktyabrın 19-da və 20-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl, Qubadlı-Zəngilan istiqamətlərində müqavimətə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Açıqlamanı yayan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, hərbi texnikasını məhv e...
Prezidentin TASS-a müsahibəsi
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibənin mətnini yayıb. Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı müsahibədə dövlət başçısı atəşkəs rejiminin pozulmasında Ermənistanın təqsirli olduğunu qeyd edib: “Biz öz tərəfdaşlarımızla əlaqələr ç...
Yaşıl meydanlarda
Avropanın aparıcı milli futbol çempionatları davam edir. Novator.az-ın məlumatına görə, Almaniya çempionatında “Leypsiq” 10 xalla öndə gedir. “Bavariya” və “Borussiya” (Dortmund) 9 xal, “Ayntraxt” (Frankfurt) 8 xal yığıb. Fransa çempionatında “Lill” liderdir: 17 xal. PSJ ilə “Renn”in 15 xalı, “Nitsa...
Hasilat və ixracda azalmalar
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin hesabatına görə, hasilat ötən ilin doqquz ayı ilə müqayisədə təxminən 2,1 milyon ton düşüb. Doqquz ayda 21,5 milyon ton neftin (kondensatla birlikdə) ixrac edildiyi, ...
Məşğulluq və sərmayə statistikası
2020-ci il oktyabrın 1-nə Azərbaycanda iqtisadi fәal әhalinin sayı 5 milyon 249,1 min nәfәr olub, onların 4 milyon 884,9 min nәfәri işləyib. Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Muzdla çalışan işçilәrin sayı sentyabrın 1-nə 1 milyon 670,9 min nәfәr göstərilib. Rəsmi açıqlamaya görə, iqtisa...
Yeni ərazilər azad edilib
Oktyabrın 19-da prezident İlham Əliyev özünün rəsmi “Tvitter” hesabında yeni xəbər yayıb. O bildirib ki, Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan qurtulub. ...
Atəş kəsilir?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 17-də azərbaycanlı və ermənistanlı həmkarları Ceyhun Bayramov və Zöhrab Mnasakanyanla telefon əlaqəsi saxlayıb. Novator.az-ın məlumatına görə, ortaq razılıq əsasında oktyabrın 18-dən Qarabağ cəbhəsində atəşkəs elan olunur. Azərbaycan Xarici İşlər...
Hərbi cinayətlərin nəticələri
Baş Prokurorluğun hesabatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 yaşayış evi, 90 çoxmənzilli bina, 327 mülki obyekt dağılıb. 1988-ci ild...
Füzuli şəhəri və 7 kənd azad edildi
Oktyabrın 17-də Azərbaycan Televiziyası ilə xalqa müraciət edən prezident, ali baş komandan İlham Əliyev Vətən müharibəsində yeni qələbələr əldə olunduğunu bildirib. O, Füzuli şəhərinin və həmin rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin erməni işğalından a...
Koronavirus: yeni məhdudiyyətlər gəlir
Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün yeni məhdudiyyətlər tətbiq edib. Novator.az bildirir ki, oktyabrın 19-dan noyabrın 2-dək Bakı metropolitenində sərnişindaşıma dayandırılır; həmçinin ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur. Başqa bir məhdudiyyət dövlət quru...
Cəbhə xəttində
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, ötən gün və oktyabrın 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti gərgin olub: “İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri, eləcə də cəbhə xəttinə yaxın kəndlər d...
Prezident əvəzi
Qırğızıstanda prezident səlahiyyətləri baş nazir Sadır Japarova keçib. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul v...
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib. Sentyabrın 27-dən başlanmış hərbi əməliyyatlar barədə sualı cavablandıran prezident deyib: “Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə ...
15 oktyabr qiyməti
AZƏRTAC-ın 15 oktyabr məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın barreli 42,57 dollara satılır. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 35 dollardır. Novator.az bildirir ki, “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula ...
Cəbhədə vəziyyət
Oktyabrın 15-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olub. Xəbəri yayan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdi göstərib, ...