Yeni təlim mərkəzi açılıb
Müdafiə naziri Zakir Həsənov iyunun 18-də yeni təlim mərkəzinin açılışında iştirak edib. AZƏRTAC-ın arayışına görə, mərkəzdə təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmala...
Gömrük pozuntularının hesabatı
Gömrük pozuntularının statistikası açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-may aylarında 233 qaçaqmalçılıq faktı, 151 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 11 aksiz markası olmadan mal idxal etmə faktı, 8 göm...
Məzənnələr necə dəyişib?
İyunun 18-də avronun rəsmi kursu 1,9097 manata enib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank Gürcüstan larisini də (0,6164 manat) ucuzlaşdırıb. ABŞ dollarının məzənnəsi 1,7 manat həddində saxlanıb. Dəyər artıran Rusiya rublu banklara 0,0264, Türkiyə lirəsi 0,2896 manata təklif olunur (Valyutalar...
Məhəmməd Mursi torpağa tapşırıldı
Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 18-i paytaxt Qahirədə dəfn edilib. Mərasim mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib. 2013-cü ildə devrilmiş Məhəmməd Mursi iyunun 17-si Qahirədə, məhkəmə iclasında ürək çatışmazlığından vəfat edib. Novator.az bildirir ki, Məhəmməd Mursi 1951-ci i...
Cəhənnəmdən keçmiş mələk (126)
Avtobioqrafik roman Üçüncü bölüm Müəllif: BİRCƏ Cavidin yerindən arxayınımışdım deyə payızın qayğısı, qışın qarğaşası məni qorxutmurdu. Ayda bir dəfə tərbiyəçilər oğlumu rayonumuza gələn avtobusa mindirib kəndə yola salırdılar, Rüfət rayon avtovağzalında onu qarşılayıb evimizə gətirirdi. Uşaq tamam...
FİFA reytinqi
İyunun 14-də FİFA milli komandaların reytinqini açıqlayıb. Azərbaycanın milli futbol komandası 110-cu yerdə göstərilir. Belçikanın liderlik etdiyi reytinqdə İran 20-ci, Türkiyə 38-ci, Rusiya 44-cü, Gürcüstan 94-cü, Ermənistan 97-ci sıradadır. Novator.az bildirir ki, FİFA reytinqi oyunların əhəmiyyət...
Dünyaya kitab gəlir!.. – “Qanun” nəşriyyatından reportaj
Kitab çapı, mahiyyətinə görə, elmin, maarifin, təhsilin, texnoloji mədəniyyətin, iqtisadiyyatın, ədəbiyyatın – həyatımızın bütün sahələrinin inkişafında müstəsna rol oynayıb. Ən əsası isə insanların qazandıqları zəngin mənəvi xəzinə olan bilik və bacarıqların qorunub saxlanılmasında, ötürülməs...
Məzənnələr iyunu yarıladı
Mərkəzi Bank 14 iyun məzənnələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, ABŞ dolları 1,7, avro 1,9164, BƏƏ dirhəmi 0,4628, Çin yuanı 0,2455, Gürcüstan larisi 0,6204, İngiltərə funt sterlinqi 2,1547, Rusiya rublu 0,0263, Türkiyə lirəsi 0,2892 manata təklif olunur (Valyutalar). Avro 2019-cu ilə 1,...
Medal alan agentlik rəsmiləri
Dövlət başçısı İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin bir qrup işçisini təltif edib. Dadaşova Xəyalə Xalıqverdi qızı, Əbdüləliyev Qalib Hümmət oğlu, Əbdüləzimov Asif Hilal oğlu, Kərimov Zaur Rəvvaq oğlu, Piriyev Mansur Şahmar oğlu, Şərifov Əziz Əşrəf oğlu “Tərəqqi” medalı alıblar. Mərdiyev Fu...
Məhkəmə sistemində dəyişiklik layihəsi
Parlamentin 13 iyun iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib. Yeniliyə əsasən, inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələrə çevrilir və kommersiya məhkəmələri yaradılır. İnzibati məhkəmə Azərbaycanın inzibati ərazi vahidləri üzrə təşkil edilir. Nov...
Yoxlamalar: prezident yenilikləri imzaladı
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, qanun yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə apardığı bütün növ yoxlam...
İstanbul kimi seçir?
İyunun 23-ü Türkiyənin İstanbul şəhərində bələdiyyə başçısı postuna yeni seçki keçiriləcək. Qələbəyə iki şanslı namizəd var – hakim Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım, müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu. 31 mart seçkisində İstanbul böyük şəhər bələdiyyəsinə Əkrəm İmam...
“Diffamasiya ittihamları qorxu mühiti yaratmaq deməkdir”
Hüquqşünas, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli “Amerikanın səsi”nə müsahibəsində ölkədə diffamasiya ittihamlarının artmasının səbəblərindən danışıb. Mövzu ilə əlaqəli link: Jurnalistikanın bədxassəli şişi
Onlar (Esse)
Ənvər Çingizoğlu SÖZÖNÜ. …Onlar ayaq üzəngidə, diz qabırğada at sürüb, yol yorurdular. Gecə yatmayıb, gündüz oturmayıb, at çapırdılar. Evdə əyalından, çöldə malından ayrılıb günəşin batdığı yerə tələsirdilər. Onlar uclarını ululadıb, yanlarını yaymağa gedirdilər. ÖYGÜ. Onlar yağıları yenmiş, düşmənl...
Hökmdarın hüzurunda olmaq
Vahid Qazi Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi! Sənətkarın xoşbəxtliyi içindəkini sevərək gün işığına çıxarmaq azadlığındadı! Faciə tək o deyil ki, istədiyini yaratmağa qoymurlar, hürriyyətin alınıb. Dərd odu, qəlbindəkinin əvəzinə sən başqasının tələb...
Vaşinqtonda Qarabağ gileyi
ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, Prezident Administrasiyasının xarici siyasət məsələlər...
Vergi yığımı: yeni statistika açıqlanıb
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev statistik bilgilər. O qeyd edib ki, 2019-cu ilin yanvar-aprel aylarında vergi daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 2 milyard 609,5 milyon manat olub, proqnoz 111,7 faiz səviyyəsində icra edilib: “Qeyri-neft-qaz sektoru...
Kurs enmələri
İyunun 13-də bir çox valyuta ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronun kursunu 1,9206 manata endirib. Dəyər itirən Gürcüstan larisi banklara 0,6217, Rusiya rublu 0,0262, Türkiyə lirəsi 0,2911 manata təklif olunur. ABŞ dollarının rəsmi məzənnəsi isə sabit qalıb: 1,7 manat (Tam si...
İstefa qəbul olundu
Ermənistan prezidenti Armen Sərkisyan iyunun 12-si axşam Artak Zeynalyanı ədliyyə naziri postundan çıxarıb. Artak Zeynalyan iyunun 7-də istefa vermişdi. Novator.az bildirir ki, 1969-cu ildə Yerevanda doğulan Artak Zeynalyan Ermənistan Tibb Universitetini, Milli Səhiyyə İnstitutunu, Ermənistan İdarəç...
Baş redaktora iş kəsilib
Realliq.info saytının baş redaktoru İkram Rəhimovun mühakiməsi başa çatıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə tələb etmədə, bu əməlin təkrar törədilməsində təqsirli bilinib. İkra...