Baş nazirin partiyası seçkini udur
Albaniyada aprelin 25-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, baş nazir Edi Ramanın sədrlik etdiyi hakim Sosialist Partiyası 140 yerlik qanunverici orqana 74 mandat qazanaraq önə çıxıb. Müxalif Demokrat Partiyasının 46 mandat, onun müttəfiqi ola...
Prezident çağırışı
Aprelin 26-da BMT-nin Asiya və Sakit Okean Üçün İqtisadi və Sosial Komissiyasının (qərargahı Tailandda yerləşir) “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzulu sessiyası işə başlayıb. AZƏRTAC xəbər verir ki, sessiyada p...
Vəkildən Hüseyn Abdullayev açıqlaması
Məhbus Hüseyn Abdullayev Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov yazır ki, Hüseyn Abdullayev cəzaçəkmə müəssisəsindən aprelin 22-si axşam təcili tibbi yardım maşını ilə aparılıb, aprelin 24-də ...
ADR Hərəkatından etiraz, sədrdən təklif
ABŞ-ın Ratqers Universitetinin professoru olan iqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda ABŞ prezidenti Cozef Baydenin 24 aprel açıqlamasına etiraz bildirilir. Aprelin 24-də ABŞ prezidenti Co...
Pensiyaçılar: say nələri nişan verir?
İqtisadçı Rövşən Ağayev pensiyaçılarla bağlı statistikaya diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2011-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sayı 1,7% azalıb: “Amma bölgələr üzrə statistika çox fərqlidir. Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzr...
Dəli oynatmaq
İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədri “Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi оlsun ki, оnu оynatmaqla camaat vaxtını keçirsin”. Əbdürrəhim bəy Haqverdiyev, “Uca dağ başında”. ABŞ prezidenti Bayden elmə, tarixə, məntiqə zidd bir addım ataraq 1915...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatları sona yaxınlaşır. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 77 xalla liderdir. “Mançester Yunayted”in 67, “Lester”in 59, “Çelsi”nin 58, “Vest Hem”in 55, “Liverpul”un 54, “Tottenhem”in 53, “Everton”un 52 xalı var. İspaniya çemp...
Bölgələrin əmanət statistikası
Novator.az bölgələr üzrə əmanət statistikasına nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, 2021-ci il aprelin 1-nə Bakıda 7 milyard 311,6 milyon manat əmanət qeydə alınıb. İqtisadi rayonlarda əmanət məbləği belə rəsmiləşib: Abşeron – 205,9 milyon manat Aran – 169,7 milyon manat Gəncə-Qazax – 162,5 ...
Azərbaycanın ABŞ-a rəsmi etirazı
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ABŞ prezidentinin erməni anım günü münasibətilə çıxışına dair şərh yayıb. Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” ki...
Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən çıxarıldı
Aprelin 23-də sərəncam imzalayan prezident İlham Əliyev Oqtay Şirəliyevi səhiyyə naziri vəzifəsindən azad edib. Novator.az bildirir ki, 1950-ci il avqustun 2-də doğulan Oqtay Şirəliyev indiki Azərbaycan Tibb İnstitutunu bitirib, Moskvada ordinatura və aspirantura təhsilləri alıb. Tibb elmləri doktor...
Azərbaycan ABŞ-ı xəbərdar edir
ABŞ-ın qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımlar atacağı barədə məlumatlar yayılır. Azərbaycan prezidentinin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a şərhində deyib ki, ölkənin qondarma və saxta erməni soyqırımı ilə bağlı q...
Dini etiqad qanunu necə yenilənir?
Aprelin 23-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, yeniliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində dini təbliğat aparması yasağı yumşalır, ölkədə fəaliyyət göstərən dini mərkəzin (idarən...
Ermənistan hökumətində istefa
Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan aprelin 23-də istefa verib. 1985-ci il təvəllüdlü Mesrop Arakelyan nazir postunu 2020-ci il noyabrın 20-dən tuturdu. Novator.az bildirir ki, Nikol Paşinyanın baş nazirlik etdiyi Ermənistan hökumətində Ara Ayvazyan xarici işlər naziri, Vaq...
“Avroviziya 2021”də çıxış ardıcıllığı
2021-ci ilin “Avroviziya” mahnı müsabiqəsi mayın 18-dən 22-dək Niderlandın Rotterdam şəhərində, “Ahoy” konsert zalında keçiriləcək. Novator.az iştirakçıların çıxış ardıcıllığını təqdim edir: 18 may yarımfinalı Litva – “The Roop” qrupu Sloveniya – Ana Sokliç Rusiya – Manija Sanqin İsveç – Tusin Mikae...
ABŞ administrasiyasında
ABŞ prezidenti Cozef Baydenin administrasiyasında iki təyinat rəsmiləşməmiş qalır. Novator.az-ın məlumatına görə, İnzibati-Büdcə İdarəsi direktorunun səlahiyyətlərini Şalanda Yunq icra edir, Elm və Texnologiya Siyasəti Ofisinin rəisi vəzifəsinə isə Erik Lender namizəd göstərilib. 15 katib (nazir) Ko...
Biz və övladlarımız
Rövşən Ağayev Yalan çoxluğun özünü daha rahat hiss etməsinə dərmandırsa, həqiqətin hörməti olmayacaq. Oxuyub-öyrənmədən mənsəb-sərvət sahibi olmaq mümkün olacaqsa, peşəkarlığın-istedadın-biliyin hörməti olmayacaq. Pis, seçkisiz-iştiraksız, avtoritar idarəçilik çoxluğun maraqlarına uyğun olacaqsa, de...
Yurdumuz
AZƏRTAC “Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz” adlı material, Füzuli şəhəri, Zəngilanın Mincivan qəsəbəsi və Cəbrayılın Böyük Mərcanlı kəndindən fotolar yayıb. Novator.az həmin fotoların bir hissəsini təqdim edir. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərb...
Fərmanın icrasına qərar verildi
Prezident İlham Əliyev 6 aprel 2021-ci il fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılmasını tapşırmış, Nazirlər Kabinetinə bunun üçün 15 gün vaxt vermişdi. Aprelin 22-də Nazirlər Kabineti fərmanı icra edən qərar çıxarıb....
Bölgələrdə kredit
Novator.az Azərbaycanın bölgələri üzrə kredit statistikasını təqdim edir. Mərkəzi Bankın hesabatına görə, 2021-ci il aprelin 1-nə paytaxt Bakıda 11 milyard 416,4 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə göstəricilər belədir: Aran – 746,3 milyon manat Gəncə-Qazax – 632,1 milyon manat...
Avropa Məhkəməsindən yeni cərimələr
Aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə yeni qərarlar açıqlayıb. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, Azərbaycan dövlətinin jurnalist Əvəz Zeynallıya 13 min avro təzminat ödəməsinə qərar verilib. Rüşvət tələbi ittihamı...