Mayın 24-də prezident İlham Əliyev yeni təyinatlara imza atıb. Əkbərov Mübariz Dosməmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin sədri, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apellyasiya Məhkəməsinin sədri, Paşayev Tofiq Temir oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Quliyev Nuru Nadir oğlu Şəki Apellyasiya Məhkəməsinin sədri, Abdullayev Vəli Əsgər oğlu Şirvan Apellyasiya Məhkəməsinin sədri vəzifəsini tutub.
Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri, Tapdıq Şükür oğlu Mahmudov Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri postuna təyinat alıb.