• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sona doğru?

  • 25 May 2021
0
SHARES
FacebookTwitterPinterest

Mayın 23-də Afina-Vilnüs reysi ilə uçan sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə yerə endirilib, NEXTA teleqram kanalının qurucusu Roman Protaseviç həbs edilib. Roman Protaseviç Belarus prezidenti Aleksandr Lukaşenkoya müxalif mövqeyi ilə tanınır. Belarusda ona iğtişaşlar təşkil etmə, ictimai asayişi kobud şəkildə pozmaq, sosial zəmində düşmənçiliyi qızışdırmaq ittihamları irəli sürülüb.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Belarus diktatorunun öz siyasi rəqibini həbs etmək üçün ölkəsinin hava məkanından keçən mülki təyyarəni vurmaqla təhdid edib endirməsi, 25 yaşlı jurnalist Roman Protaseviçi tutdurması diktatorların gerçək üzünü bir daha göstərir: “Biz müxtəlif avtoritar rejimlərin, diktatorların öz əleyhdarlarına qarşı dünyanın hər yerində əməliyyatlar keçirməsinin şahidi olmuşuq, bunların arasında Azərbaycan rejimi də var. Rusiyalı müxalifətçilərin xarici ölkələrdə qətlə yetirilməsindən tutmuş azərbaycanlı jurnalist və bloqçuları oğurlayıb ölkəyə gətirmək əməliyyatlarına, döyülmə, öldürməyə cəhdlərə qədər hadisələr hamıya bəllidir. Amma etiraf edək ki, təyyarəni zorla yerə endirib öz əleyhdarını həbs etmək kimi bir ilk əməliyyat Belarus diktatoru Lukaşenkonun ağlına gəlib.

Əslində, bu, dünyadakı avtoritar liderlərin get-gedə aqressivləşərək nə qədər aşırı radikal hərəkətləri özlərinə rəva gördüklərinin daha bir nümunəsidir və daha isterik bir nümunədir. Belə ağılsız hərəkət həm də küncə sıxılmış diktatorların çarəsizliyinin nümayişidir. Zamanın tələbi dünyanın demokratikləşməsidir. Qlobal demokratikləşmə prosesi geri dönməz xarakter alır. Prosesin geri dönməzliyi də diktatorları daha da aqressivləşdirir. İnanmaq istəyirik ki, bu aviaxuliqanlıq Belarus diktatoruna baha başa gələcək. Dünya liderlərinin sərt reaksiyaları və məsləhətləşmələrə başlanması belə əminlik yaradır ki, Lukaşenko və onun kimilər, nəhayət, dünya birliyinin adekvat reaksiyası ilə qarşılaşacaq”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, bütün diktatorların əvvəli fərqli, sonu isə eyni – faciəvi olur: “Onların bir çoxu sonları yaxınlaşanda ağıllarını itirir və səhvlərinə qurban gedirlər. ABŞ və Avropanın prezident kimi tanımadığı Lukaşenkonun sonu sələflərindən fərqli görünmür. Vilnüsə uçan sərnişin təyyarəsini məcburi Minskə endirməsinə və aeroportda jurnalist Roman Protaseviçi həbs etdirməsinə heç nə ilə haqq qazandırmaq mümkün deyil.

NEXTA teleqram kanalının qurucusu Roman Protaseviçə görə müxtəlif ölkələrin vətəndaşları olan 120 sərnişinin həyatını riskə atmaq, heç şübhəsiz, Lukaşenkoya baha başa gələcək. Çox keçməz ki, “Avropanın sonuncu diktatoru” adını qazanan Lukaşenko da özünün qorxunc sonluğuna çatar”.

1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.

2020-ci il avqustun 9-da keçirilən prezident seçkisində Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Ukrayna Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.

Real islahatsız…

  • 25 May 2021

28,37 dollar baha…

  • 25 May 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə girişənlər var

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

comments
ManşetXəbər

Əhali statistikası

comments
AktualManşetXəbər

İş, işsizlik, maaş

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda