Bölgələrdə kredit və əmanət
2022-ci il aprelin 1-nə Bakı iqtisadi rayonunda 13,6 milyard manat kredit qeydə alınıb. Novator.az Mərkəzi Bankın statistik bülleteninə əsaslanıb bildirir ki, başqa iqtisadi rayonların göstəriciləri belə olub: Abşeron-Xızı – 648,6 milyon manat Gəncə-Daşkəsən – 522,6 milyon manat Lənkəran-Astara – 37...
Bank sektorunun ilk rübü
2022-ci il aprelin 1-nə Azərbaycanda 17 milyard 528,2 milyon manat kredit, 10 milyard 372 milyon manat əmanət rəsmiləşib. Mərkəzi Bank belə hesabat yayıb. Novator.az statistikaya əsasən bildirir ki, 2022-ci il 16 milyard 659,1 milyon manat kredit, 9 milyard 241,5 milyon manat əmanətlə başlamışdı. Aç...
Azərbaycanlılarının Şuşa qurultayı
Aprelin 22-si Şuşa şəhərində dünya azərbaycanlılarının beşinci qurultayı başlayıb. Şuşa Realnı Məktəbinin dağıdılmış binası qarşısında keçirilən qurultaya prezident İlham Əliyev də qatılıb. Dünya azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da, ikinci qurultayı 2006-cı il martın 16...
30 ilin 49 medalı
Azərbaycanın Milli Olimpiya Komitəsi 30 yaşını qeyd edir. Novator.az bildirir ki, rəsmi arayışa görə, 1992-ci il yanvarın 14-də yaradılan Milli Olimpiya Komitəsi (MOK) həmin il martın 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, noyabrda Avropa Olimpiya Komitəsinə daxil olub, 1993-cü ilin sentyabr...
Yaşıl meydanlarda
Avropanın bir neçə aparıcı milli futbol çempionatında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 77 xalla öndədir. “Liverpul”un 76, “Çelsi”nin 62, “Tottenhem” və “Arsenal”ın 57, “Mançester Yunayted”in 54, “Vest Hem”in 52 xalı var. İspaniya ç...
Oğurluq pulun Britaniya sədası
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ingilis jurnalist, publisist Oliver Bullounun yeni kitabından yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Oliver Bullounun “Butler to the World” (“Dünyanın idarəçisi”) kitabında Böy...
Rüsum: yenilik qərarları dərc olunub
2022-ci il yanvarın 1-dən “Dövlət rüsumu haqqında” qanunda bir çox yenilik qüvvədədir. Aprelin 21-də Nazirlər Kabineti bir sıra hüquqi aktlarda bununla bağlı uyğunlaşdırma qərarlarını dərc edib. Rəsmi təqdimata əsasən, “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə...
Tullantılar hesabatı
Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ildə Azərbaycanda 3 milyon 778,2 min ton tullantı əmələ gəlib, bunun 68,3 faizi bərk məişət tullantıları, 31,7 faizi müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış tullantılar kimi rəsmiləşib. Hesabata görə, bərk məişət tullantılarının 78,3 fai...
“Avroviziya 2022” şansları: ilk beşlik, başqaları
“Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının qələbə imkanları üzrə yeni məlumat yayılıb. Mayın 10-14-ü İtaliyanın Turin şəhərində keçiriləcək yarışa 40 ölkənin təmsilçiləri buraxılıb. Novator.az bildirir ki, bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com sayt...
Fransada seçki: yeni sorğunun nəticələri
Fransa tədqiqat şirkətlərinin 18-21 apreldə keçirdiyi yeni rəy sorğularına görə, prezident seçkisinin ikinci turunda dövlət başçısı Emmanuel Makron 54 faizdən 56,5 faizədək səslə öndə görünür. Müxalif namizəd Marin Le Pen 43,5 faizlə 46 faiz arası dəstəyə imkanlı sayılır. Novator.az bildirir ki, pre...
Prezident Qarabağdadır
Aprelin 21-də prezident İlham Əliyev Qarabağ səfərinə çıxıb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa ...
Avropa Məhkəməsindən qərar anonsu
Aprelin 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayət üzrə qərar elan edəcək. Aihmaz.org xəbər verir ki, şikayətçi Bəhruz Həsənov AXCP sədrinin mühafizəçisi olub. 2012-ci ildə küçədə tanımadığı bir şəxs Bəhruz Həsənova yaxınlaşaraq onu ailəsini təhqir etməkdə ittiham edib,...
Laçından yan keçən yol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən yeni yolun salınması ilə bağlı açıqlama yayıb. Xəbərə görə, Laçın şəhərindən yan keçəcək 2 hərəkət zolaqlı yeni avtomobil yolunun uzunluğu 32 kilometr, hərəkət hissəsinin eni 7 metr nəzərdə tutulur: “Hazırda t...
Naxçıvanın makroiqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin ilk rübündə bölgədə 570,3 milyon manatlıq (bir il öncəkindən 1,5 faiz çox) ümumi daxili məhsul istehsal olunub. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 1231,4 manat göst...
Əli Əliyev: yeni şikayətdə nə istənir?
Aprelin 22-si Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə hazırlıq iclası keçiriləcək. Novator.az-ın məlumatına görə, siyasətçinin vəkili Cavad Cavadov yazır ki, apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il hökmünün qanuns...
Nə ixrac olunur, hara gedir?
2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan 7,9 milyard dollarlıq mal ixrac olunub. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, bunun 7,2 milyard dolları neft-qaz sektorunun payına düşüb, ən yüksək göstəricilər xam neft və xam neft məhsulları (3 milyard 680 milyon dollar) və təbi...
Peyvənd statistikası
Rəsmi statistikaya görə, Azərbaycanda 792412 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9706-sı vəfat edib, 122-si aktiv xəstədir. 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır. Novator.az bildirir ki, milli hesabata əsasən, 5 milyon 335 min 621 nəfərə bir doza, 4 m...
Kino Agentliyi yaradıldı
Aprelin 20-də fərman imzalayan prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi yaradıb. Sənədə görə, publik hüquqi şəxs statuslu agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğini...
REAL gənclərinin lideri
Respublikaçı Alternativ (REAL) Partiyası Gənclər Birliyinin 17 aprel konfransında 8 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib. İdarə Heyətinin 19 aprel iclasında qurumun sədri müəyyənləşib: Fariz Zöhrabov. Novator.az-a verilən məlumata görə, Fariz Zöhrabov 1 fevral 1999-cu ildə Qusar rayonunun Düzta...
Sərmayə incəlikləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadi və sosial sahələrə 2 milyard 440,7 milyon manat yönəldilib, sərmayənin 62,5 faizi məhsul istehsalı sahələrinin, 30,4 faizi xidmət sahələrinin, 7,1 faizi yaşayış evlərinin tikintisinin payına düşüb...