Azərbaycanın Milli Olimpiya Komitəsi 30 yaşını qeyd edir. Novator.az bildirir ki, rəsmi arayışa görə, 1992-ci il yanvarın 14-də yaradılan Milli Olimpiya Komitəsi (MOK) həmin il martın 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, noyabrda Avropa Olimpiya Komitəsinə daxil olub, 1993-cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə tanınıb.
MOK-a 1992-ci ilin yanvarından Yuri Məmmədov, həmin ilin sentyabr ayından Məhəddin Allahverdiyev prezidentlik edib. 31 iyul 1997-ci ildən prezident postunu İlham Əliyev tutur.
Azərbaycanın MOK dövründə yarışdığı yay olimpiadalarında 7 qızıl, 14 gümüş, 28 bürünc medal (ümumilikdə 49 medal) qazanılıb: 1996-cı ildə 1 gümüş, 2000-ci ildə 2 qızıl, 1 bürünc, 2004-cü ildə 1 qızıl, 4 bürünc, 2008-ci ildə 1 qızıl, 1 gümüş, 4 bürünc, 2012-ci ildə 2 qızıl, 2 gümüş, 5 bürünc, 2016-cı ildə 1 qızıl, 7 gümüş, 10 bürünc, 2021-ci ildə 3 gümüş, 4 bürünc.