“Qarabağ” üçüncü raundda
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə Azərbaycanı təmsil edən “Qarabağ” iyulun 27-də ikinci təsnifat mərhələsinin cavab görüşünü keçirib. Novator.az-ın məlumatına görə, İsveçrədə “Sürix”in qonağı olan komanda meydandan 2:2 hesablı heç-heçə ilə ayrılaraq raundu dəf edib. İlk oyunda “Qarabağ”...
Sərmayə qanunu rəsmiləşdi
Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, yerli və xarici investorların Azərbaycanda həyata keçirdiyi investisiya fəaliyyətinə şamil edilən qanunda dövlət tənzimlənməsinin əsas prinsipləri belə sıralanır: mülkiyyətin toxunulmazlığı; qanunçuluq...
Müsavatçıya bəraət istəyi
Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan müsavatçı Əziz Məmiyevə kəsilmiş cəzadan apellyasiya şikayəti verilib. Bir qrup fəal iyulun 20-si paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti qur...
Seçki dairələri yenidən qurula bilər?
Mərkəzi Seçki Komissiyası seçki dairələrinin sərhədləri üzrə komissiyanı yeniləyib. İyulun 26-da verilən qərara görə, komissiyaya Rövzət Qasımov (Mərkəzi Seçki Komissiyası sədrinin müavini) sədrlik edir. Üzvlər belə müəyyənləşib: Ramiz İbrahimov, Qabil Orucov, Nailə Əsgərova, Almas Qəhrəmanlı, İlkin...
Cəbhəçiyə hökm oxundu
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Pünhan Kərimova hökm oxuyub. Novator.az-ın məlumatına görə, ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsilib. 2022-ci il yanvarın 25-i Bakıda həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsi...
Əfqan Muxtarlının oğurlandığı etiraf olunur
Jurnalist Əfqan Muxtarlının Gürcüstanın paytaxtı Tbilisidə tutulması ilə bağlı yeni məlumat var. Novator.az bildirir ki, Əfqan Muxtarlı 2017-ci il mayın 29-da ailəsi ilə birgə yaşadığı Gürcüstanın paytaxtı Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtar...
Oğurluğa işarə
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci il hesabatı, eyni zamanda xarici qiymətləndiricinin apardığı maliyyə diaqnostikası bir çox qaranlıq məqama işıq salıb: “Şirkətə yeni rəhbərliyin gətirilməsi 2021-ci ildə...
Müsavat başqanının müşavirinə cəza
Müsavat Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidov tutulub. İyulun 26-da saxlanan müsavatçıya həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Əlikram Xurşidovun iy...
Tələbə qəbulu: ödənişli xidmətlərin yeni qiymətləri
Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il qərarı ilə tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri yenilənib. Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi he...
Mehmanxana: gəlirlər 63,1 faiz artıb
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın mehmanxanaları və eyni tipli obyektlərində 1 milyon 27 min gecələmə keçirilib. Hesabatı yayan Dövlət Statistika Komitəsi gecələmələrin 2021-ci ilin ilk yarısı ilə müqayisədə 47,8 faiz artdığını bildirir. Açıqlamaya görə, gecələmələrin 55,1 faizi Bakıda...
Bölgələrin kredit və əmanəti
Mərkəzi Bankın hesabatına görə, 2022-ci il iyulun 1-nə Bakıda 14,2 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, başqa bölgələrin göstəriciləri belə olub: Abşeron-Xızı – 705,9 milyon manat Gəncə-Daşkəsən – 555,7 milyon manat Lənkəran-Astara – 397 milyon manat Mərkəzi Aran – 358,7 milyon...
Yoxlamalara yasaq qanunu yeniləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişikliyi imzalayıb. Yeniliyə görə, bu yoxlamalar yasaq sayılmır: vergi yoxlamaları, maliyyə bazarları sahəsində yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində yoxlamalar, dərman vasitələrinin keyfiyyəti,...
Bank sektorunun yarım ili
Mərkəzi Bankın hesabatına görə, iyulun 1-nə Azərbaycanda 18 milyard 320 milyon manat kredit, 10 milyard 596,2 milyon manat əmanət rəsmiləşib. Novator.az bildirir ki, 2022-ci il 16 milyard 659,1 milyon manat kredit, 9 milyard 241,5 milyon manat əmanətlə başlamışdı. Statistikaya əsasən, iyulun 1-nə Az...
Ermənistan hökumətində postlar
Novator.az bildirir ki, hökumətdə 3 qurum birbaşa baş nazirə tabedir: Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi. Nazirlər Kabineti yanında 5 komitə (Dövlət Gəlirləri Komitəsi, Şəhərsalma Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi), 6 m...
26 iyul qiyməti
Energetika Nazirliyinin 26 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,32 dollara təklif olunur. Bu, büdcədə nəzərdə tutulandan 27,12 dollar yuxarı qiymətdir. 2022-ci il iyulun 1-dən dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. “AzəriLayt” yanvara 82,49, fe...
İtaliya marafon ərəfəsində
Sentyabrın 25-i İtaliyada parlamentin hər iki palatasına növbədənkənar seçki keçiriləcək. Bu, hökumət böhranının nəticəsidir. İyulun 21-də baş nazir Mario Draqi bəzi siyasi qüvvələrin dəstəyini itirdiyini əsas gətirərək istefa verib. Prezident Serco Mattarella baş nazirə və hökumətə səlahiyyətlərin ...
Başçı və baş məsələ
İyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edən prezident İlham Əliyev onlarla görüşündə tapşırıqlar qoyub. Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, dövlət başçısının məmurlarla görüşd...
Çoxmərtəbəli problem
Yaşadığımız mənzil üzərində mülkiyyət hüququmuz tanınsa da, onu idarə etmək hüququmuzdan yararlana bilmirik. Çünki konstitusion hüquqlarımıza rəğmən mənzilləri bir tərəfdən mənzil-istismar sahələrinin (MİS) timsalında dövlət, digər tərəfdən mənzil-tikinti kooperativlərinin (MTK) timsalında özəl şirk...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxmuş 796576 nəfərin 9735-i vəfat edib, 1933-ü aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm ...
ABŞ-dan dəstək zəngi
İyulun 25-i axşam ABŞ-ın dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, dövlət katibi ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsb...