İdman yekunlarına həsr olunan mərasim
Dekabrın 18-i Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilir. AZƏRTAC xəbər verir ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Sabiq prezident kürsüsünə qayıtdı
Çilidə prezident seçkisi sağ qüvvələrin namizədi, sabiq prezident Sebastyan Pinyeranın qələbəsi ilə başa çatıb. Sebastyan Pinyera dekabrın 17-də keçirilmiş ikinci turda mərkəzçi solları təmsil edən senator Alexandro Gilyeri məğlub edib. Noyabrın 19-da keçirilmiş ilk turda Sebastyan Pinyera 36,6% səs...
Müdafiə sənayesi naziri hesabat verib
Müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı 6,5 faiz artıb. Bunu dekabrın 17-də Bakıdakı “Radioquraşdırma” zavodunda çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov deyib. Novator.az-ın məlumatına görə, nazir qeyd edib ki, 2017-ci ildə 2 istehsalat müəssisəsi istifadəyə verilib: “Yaxın zaman...
Məzənnə yenilikləri
Mərkəzi Bank dekabrın 18-də ABŞ dolları və Rusiya rublunun məzənnələrini sabit saxlayıb. Dollar 1,7001 manata, rubl 0,0289 manata təklif olunur. Ötən həftənin son iş günü 2,0032 manata satılan avronun rəsmi kursu 1,9994 manata düşüb. Gürcü larisi və türk lirəsi isə bahalaşıb. Novator.az-ın məlumatın...
Zakir Həsənovdan yeni tapşırıqlar
Müdafiə Nazirliyində 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair kollegiya iclası keçirilib. Mod.gov.az-ın məlumatına görə, iclasda ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənib, son dövrlərdə həyata keçirilə...
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Emin HÜSEYNZADƏ Bugünlər mediamızı gəzib-dolaşan növbəti yalan xəbəri həm araşdırmaq, həm də bunu necə etdiyimi göstərmək istəyirəm. Özünü “tərəfsiz” adlandıran xəbər saytlarımız Türkiyədə baş vermiş “hadisənin” təfərrüatını danışır. Qısa kəssək, deyilənə görə, “Keyf Tur” adlı bir şirkətin rəhbəri S...
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
Seymur KAZIMOV Sovet dövründə jurnalistika yaradıcılıq, təbliğat və təşviqat işləri ilə məşğul olduğundan dövlətin və hökumətin tam inhisarında idi. İnzibati amirlik sisteminin mövcudluğu, tələb-təklif anlayışlarının olmaması medianın həm də bir biznes sahəsi olmasını arxa plana atmışdı. Reallıq isə...
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində məhbus bloqçu Mehman Hüseynovun işi üzrə yeni proses başa çatıb. Report.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən son iclasda əvvəlki qərarın qüvvədə qalması hökm edilib. Mehman Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəmə...
Müsavatın qərargahı əlindən alına bilər
Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib. Komitə sədrinin müavini Rafiq Cəlilovun imzaladığı xəbərdarlıq məktubu partiyaya dekabrın 14-də təqdim olunub. Müsavat başqanının müavini Gülağa Aslanlının Bastainfo.com-a verdiyi məlumata görə, məktubda partiyaya müqavilə əsasın...
Cəhənnəmdən keçmiş mələk (56)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Beləcə, on altı saat çəkən ağır işgəncədən sonra Mahmud əminin yaralı canı fələyin caynağından qurtuldu. Bu on altı saatda kişi azından on altı dəfə qardaşlarına yalvardı ki, tüfəngi götürüb onu atsınlar. Əlbəttə, qardaşları onun yalvarışlarına baxmad...
Yalçın Qocayevin ölüm işi: hökm oxundu
Şair Fikrət Qocanın oğlu Yalçın Qocayevin ölüm işi üzrə tutulan şəxslərə hökm oxunub. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosedə Elnur Nəhmədov 5 il, Ruslan Məmmədov 2 il 6 ay, Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. No...
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə
Dekabrın 14-ü Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses başlayıb. Azadliq.info-nun məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Vəkillər Nemət Kərimov və Elçin Sadıqov vəsatət qaldıraraq bildiriblər ki, qanuna görə, şahidlə...
Qarabağ ili – Azərbaycan dərdi (5)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 İlham İSMAYIL 1989-cu il iyulun 16-da vacib siyasi hadisə baş verdi: Azərbaycan Xalq Cəbhəsi yaradıldı. İstər Gəncədə, istər Xanlarda Xalq Cəbhəsinin üzvl...
Müsavatçılar 6 şəhərdə aksiyalar keçirmək qərarına gəlib
Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) dekabrın 23-də Avropanın bir neçə şəhərində etiraz aksiyaları keçirmək qərarına gəlib. Qurumun təmsilçilərindən olan Əhməd Cəlaloğlu Bastainfo.com-a deyib ki, aksiyalar həm eyni gündə, həm də eyni saatda keçiriləcək. Altı şəhərdə təşkil olunacaq aksi...
Elman Fəttah istefa veribmiş
Elman Fəttah Müsavat başqanının müavini vəzifəsindən istefa veribmiş. O, istefaya bir ay qabaq getsə də, bu haqda məlumat yeni yayılıb. Məlumatı dekabrın 13-də Meydan.tv əldə edib. Elman Fəttah xəbəri təsdiqləyib, bir ay öncə istefa verdiyini, eyni zamanda istefasından başqa siyasi mənalar çıxarılma...
Gözəl Bayramlı ilə bağlı bəyanat araşdırılacaq
Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi olub. “Azadlıq” radiosu bildirir ki, dekabrın 13-də keçirilən prosesdə Gözəl Bayramlı təqsiri olmadığını deyərək şahidlər dindiriləndən sonra ifadə verəcəyini bəyan edib. Vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, hadis...
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Mod.gov.az-ın 14 dekabr məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub, Azərbaycan Ordusunun hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir! 19...
“Kütləvi çıxarış” hesabatı
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də Yasamal rayonunda, “A.M.K” Yasamal MTK-nın inşa etdiyi yeni tikilidə hazır çıxarışlar təqdim edib. Kampaniya yaşayış binasının həyətində keçirilib, 40-a yaxın sakin mənzillərinə dair çıxarışlar alıb. Eyni zamanda vətəndaşlardan mənzillərə dair çıxarışl...
REAL-ın dəvətnaməsində kim var?
Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılan partiyanın təsis qurultayına yerli təşkilatlardan heç kim dəvət olunmayıb. Bunu dekabrın 13-də Novator.az-a açıqlamasında REAL-ın liderlərindən olan Azər Qasımlı deyib. Azər Qasımlı qeyd edib ki, qurultaya yalnız xarici ölkələrin Azərbay...
“ABŞ bu qərara yenidən baxmalıdır”
“Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq”. Dekabrın 13-ü İstanbulda, İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında çıxış edən prezident İlham Əliyev belə deyib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Amerika Birləşmiş Ştatları prezident...