• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Afqan Muxtarli

Əfqanın əzizləri dəfn olunub

  • 01 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Məhbus jurnalist Əfqan Muxtarlının ailəsində faciə baş verib. Jurnalistin bacısı, bacısı qızı və qardaşı qızı Zaqatala şəhərində dəm qazından boğularaq ölüblər. Hadisə 2017-ci il dekabrın 31-də, Əfqanın bacısı Nuranə Muxtarlının yaşadığı evdə baş verib.

Bastainfo.com-un məlumatına görə, yanvarın 1-də Nuranə Muxtarlı, onun qızı Milay və jurnalistin qardaşı Ramazanın övladı Fatimə Zaqatalanın Aşağı Tala kəndində dəfn olunublar.

Dəfndə Müsavat başqanı Arif Hacılı, partiya rəhbərləri və bir qrup jurnalist iştirak edib.

Əfqan Muxtarlı Şəki İstintaq Təcridxanasında saxlanır. Qanun məhbusa yaxın qohumlarının ölümü zamanı yeddi gün müddətinə azadlığa buraxılmaq hüququ verir. Vəkil Nemət Kərimli Əfqan Muxtarlının həbsdən müvəqqəti azad edilməsi üçün Penitensiar Xidmətə müraciət edib. Ancaq hələlik müraciətə heç bir reaksiya yoxdur.

Novator.az bildirir ki, Əfqan Muxtarlı 9 yanvar 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Əfqan Muxtarlı son illər Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

İbtidai istintaq müddətində Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında saxlanıb, məhkəmə ərəfəsində Şəki İstintaq Təcridxanasına köçürülüb.

İşə Balakən Rayon Məhkəməsində baxılır.

Prezident: “Düşmən bunu bilir və bilməlidir”

  • 01 Yanvar 2018
  • comments

Alpinistlərin axtarışı: əməliyyat müşavirəsində nə...

  • 04 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda