Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Seymur Kazımov 2013-cü ildə Tbilisidə bir media tədbirində jurnalistin vətəndaş mövqeyi ilə bağlı müzakirə keçirilirdi. Paneldə Azərbaycan, Belarus və Gürcüstandan media menecerləri təmsil olunurdu. Gürcünü çıxmaq şərtilə, digər ikisi jurnalisti siyasətçi kimi avtoritarizmlə mübarizəyə səsləyirdi. B...
Ərdoğanın hökumət planları
Türkiyə prezidentliyinə namizəd, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan hökumətlə bağlı planlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, o deyib ki, prezident seçiləcəyi halda 6 nazirliyi ixtisar edəcək. Prezidentin planı Avropa İttifaqı Nazirliyinin Xarici İşlər Nazirliyinə birləşdirilməsini nəzər...
AXCP üzvü həbsdə aclıq edir
AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir. Bunu “Amerikanın səsi”nə vəkil Cavad Cavadov deyib. Füzuli Hüseynov iyunun 14-də REAL Partiyanın həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə paytaxtda təkbaşına aksiya keçirib. O, əlində İlqar Məmmədovun şəkli olan plakat tutaraq məhbus siy...
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, layihəyə görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manatdan 22 milyard 110 milyon manata; xərcləri 20 milyard 47 milyon manatdan 23 milyard 61 milyon manata qaldırılır. Büdcənin mədaxil mənbələrində...
Gürcüstan: iqtisadiyyat 5,3%, xarici ticarət 24,5% artıb
Gürcüstanda 2018-ci ilin ilk 5 ayının xarici ticarət hesabatı yayılıb. Novator.az xəbər verir ki, hesabata əsasən, yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5% artaraq 4,9 milyard dollara çatıb. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirir ...
Cəhənnəmdən keçmiş mələk (82)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Ağzımızın dadını qaçırmış eltim olmasaydı, dönəlgəsi dönmüş evdə uşağımı rahatca böyüdərdim. Çalışırdım bu dölü dönük qızın gözünə görünməyim, çox vaxt çağırığına da cavab vermirdim. İt onu yallayan yiyəsinin baldırını qapdığı kimi gəlin hər gün qarnı...
Xarici borcun orta ödəniş müddəti açıqlanıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində dövlət borcu məsələsinə toxunub. O deyib ki, uzunmüddətli dövrü əhatə edən dövlət təminatlı qiymətli kağızların buraxılması dövlət zəmanətli daxili borc məbləğinin həcminin artmasına şərait yaratsa da, 2017-ci ildə Hesablama Palat...
Valyuta kursları
İyunun 22-də avro 1,9745, ingilis funt sterlinqi 2,2548, türk lirəsi 0,3585 manata qalxıb. ABŞ dollarının (1,7 manat), gürcü larisinin (0,6914 manat) və Rusiya rublunun (0,0267 manat) rəsmi məzənnələri dəyişməyib. Mərkəzi Bank BƏƏ dirhəmini 0,4628, Çin yuanını 0,2614, 100 İran rialını 0,004, 100 Yap...
Dövlət qulluqçularının orta yaş həddi 44 ildir
23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun bu münasibətlə AZƏRTAC-da yayılan məqaləsində deyilir ki, 2000-ci il iyulun 21-də Azərba...
Prezidentin vədi: yeni vəsait ayrıldı
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik avtomobil yolunun tikintisi üçün əlavə tədbirlərə sərəncam verib. İyunun 21-də imzalanan sərəncamla 2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 milyon ...
Körpü işində üzə çıxanlar
İyunun 21-də Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə məlumat yayıb. Məlumatda deyilir: “2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində, Göyçay çayı üzərində ye...
Seçki Türkiyəni necə dəyişdirir?
İyunun 24-ü Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri ilə ölkə konstitusiyasına dəyişikliklər tam qüvvəyə minir. Konstitusiya 2017-ci il aprelin 16-da keçirilmiş referendumda yenilənib. Referendumun nəticələri təsdiqlənən kimi prezidentin partiya üzvü olmaq və bəzi təyinatlar aparmaq hü...
İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir
2019-cu ilin may ayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ilkin maraq göstərən ölkələrin sayı 18-ə çatıb. Novator.az bildirir ki, iyunun 21-dək Almaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Malta, Norveç, Polşa, ...
Nazirin istefası qəbul olunmadı
Ermənistanın baş naziri Nikol Paşinyan əmək və sosial məsələlər naziri Mane Tandilyanın istefasını qəbul etməyib. 1978-ci il təvəllüdlü Mane Tandilyan nazir postunu mayın 12-dən tutur. O, iyunun 12-də istefa verdiyini açıqlamış, bunu pensiya qanunvericiliyində yeniliyə etirazı ilə bağlamışdı. İyulun...
Belə qabda su da təhlükəlidir…
Rusiyalı həkimlər polietilen və plastik qablarda satılan süd məhsullarının sağlamlığa ziyanını araşdırıb. Novator.az-ın məlumatına görə, tədqiqat göstərib ki, məhsulların belə qablaşdırılması mədə-bağırsaq pozuntusu riskini artırır. Polietilen və plastik qablardan qaraciyəri zəhərləyən maddə – ftala...
Avropanın bahalıq lideri
Avropa İttifaqının Statistika Xidmətinin (Eurostat) hesabatına görə, 2017-ci ildə birlik ölkələri arasında istehlak malları və turizm xidmətləri sarıdan ən ucuz məkan Bolqarıstan olub. Bu ölkədə Avropa İttifaqı üzrə orta göstəricidən 52% aşağı qiymətlər qeydə alınıb. Ən ucuz beş ölkə arasında Polşa,...
Təzə baş nazir hökuməti ixtisar edir
Gürcüstanda nazirliklərin sayı 14-dən 11-ə düşürülür. Novator.az-ın məlumatına görə, yeni baş nazir Mamuka Baxtadze belə təşəbbüslə çıxış edib. Yenilik layihəsinin parlamentdə iyul ayında təsdiqlənməsi gözlənir. İyunun 20-də parlament yeni hökumətin tərkibini təsdiqləyib və onun proqramına xeyir-dua...
Azərbaycan nefti 76 dollara yaxınlaşıb
İyunun 21-də “AzəriLayt” markalı neftin bir barreli 0,31 dollar bahalaşaraq 75,78 dollar olub. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 74,29 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 65,47 dollara satılır. Azərbaycanın 2018-ci il büdcəsində nefti...
Azərbaycanın 5 aylıq alveri
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının 91 faizə yaxını neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, ixracın 80,3 faizi xam neft və xam neft məhsulları, 3,6 faizi neft məhsulları, 6,8 faizi təbii qazdır. İxracın 2,6 faizinin meyvə-tərəvə...
Həsrətindəyəm (39)
Firuzə DAVUDQIZI 12-ci bölüm 2 AY KEÇDİ. Artıq taleyimlə barışmalı olmuşdum. Ev hazır olana qədər burada idik. Səsimi çıxarmayıb gözləməkdən və tablanmaqdan başqa çarəm yox idi. Elşadın xəstə yatağına düşməsi əl-qolumu biryolluq bağlamışdı. Artıq getmək barədə sözü dilimə gətirməyə də çəkinirdim. Bi...