Mayın 26-da sərəncam imzalayan prezident İlham Əliyev 220 məhkumu əfv edib. Azadlıqdan məhrum edilmiş 175 şəxs cəzadan azad olunub, 25 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Şərti həbs cəzası almış 1 nəfər, azadlıqdan məhrumetmə cəzası təxirə salınmış 2 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər əfv olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 4 nəfər islah işləri cəzasından, 1 nəfər cərimə cəzasından qurtulub.