2025-ci il mayın 1-nə Azərbaycanda 28 milyard 96,5 milyon manat kredit, 14,8 milyard manat əmanət rəsmiləşib.
Fəaliyyətdə olan 22 bankın cəmi aktivləri 54 milyard 607,1 milyon manat, cəmi öhdəlikləri 47 milyard 625,5 milyon manat, qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat göstərilir.
Mərkəzi Bankın hesabatına görə, Bakıda 21,5 milyard manata yaxın kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1,1 milyard manat, Gəncə-Daşkəsən – 835,4 milyon manat, Lənkəran-Astara – 668,4 milyon manat, Mərkəzi Aran – 564,3 milyon manat, Qazax-Tovuz – 534,9 milyon manat, Şəki-Zaqatala – 515,1 milyon manat, Qarabağ – 491,2 milyon manat, Quba-Xaçmaz – 480,1 milyon manat, Şirvan-Salyan – 437,2 milyon manat, Naxçıvan – 430,6 milyon manat, Mil-Muğan – 307,4 milyon manat, Dağlıq Şirvan – 191,9 milyon manat, Şərqi Zəngəzur – 10,8 milyon manat.
Bakıda 13,1 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 548,5 milyon manat, Gəncə-Daşkəsən – 232,5 milyon manat, Quba-Xaçmaz – 141,1 milyon manat, Lənkəran-Astara – 130,1 milyon manat, Şəki-Zaqatala – 125,2 milyon manat, Mərkəzi Aran – 124,6 milyon manat, Qazax-Tovuz – 115,5 milyon manat, Qarabağ – 87,1 milyon manat, Naxçıvan – 73,6 milyon manat, Şirvan-Salyan – 66,7 milyon manat, Mil-Muğan – 44,6 milyon manat, Dağlıq Şirvan – 44,5 milyon manat, Şərqi Zəngəzur – 614 min manat.