• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dustaqlara nə deyərdim?

  • 30 Aprel 2025
  • comments
  • hikmet
  • Posted in TribunaYazarlar

Hikmət Sabiroğlu

Qarabağ müsibəti anamın həyatını alt-üst eləmişdi. Torpaqdan, saray kimi evdən olub bir hücrəyə qapanmışdı, başqa ağrı-acı da vardı. Amma anam heç gileylənməz, iki oğlunun əlində-ovcunda qalmasına sevinərdi. Onun dərdi dərd deyildi, Cıdır düzünün qayasında oğlunu haraylayan şəhid anası var. Anaların səfərini təşkil eləyən adam mənzərəni görüb havalanıb, deyir səsi batanacan harayladı Şuşanı qaytaran döyüşdə baş qoyan oğlunu.

İsa bulağındakı qələbə badəsinə yox, qələbənin bu üzünə baxaram.

Bakıda mühakimə olunan erməni dəstəsi məhkəməyə aparılıb gətiriləndə şəhəri görür bəlkə. Hər yan şəhid portreti ilə doludur. Bir Bakının küçələri deyil, Azərbaycanın hər yanı.

Televiziyadan Qarabağ deyən hər üzə yox, o uşaqlara baxaram…

İşğalçıların məhkəməsində ifadə verdiyim gün hakim hər zərərçəkənə son istək imkanı yaradırdı. Mənim bir istəyim olmadı. Heç nə demədim. Amma ürəyimdən keçən vardı…

Qəfəsdəki sıravi erməniləri, bir də əmr qulu hərbçilər Levon Mnasakanyanla David Manukyanı çıxıram. Qalır Arkadi Qukasyan və daha dörd nəfər: Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan. Siyasi rəhbərlər. İttiham aktına hər birinin quru bioqrafiyası da yetər.

İstərdim onlara deyəm bizim anamıza canınız yanmaz, bir vaxt haram qələbə ilə təsəlli verdiyiniz erməni ananı düşünün, gör hansı quyunun dibinə düşdü, indi nə deyərdiniz ona, oğlunun məzarı Qarabağda qalan didərgin anaya, nə deyərdiniz?

İstərdim deyəm Arkadi, Bako, Araik, Davidlər sülhə çağırış etsin, Yerevana – əlimiz çatmayan “yan”lara mesaj göndərsin ki, əl çəkin ermənidən, düşün onun yaxasından.

Qukasyan qanlı qovğanı ilk başlayanların biridir, tərslikdə onu üstələmiş cavanlara cığır açıb. İndi bir başqa cür irəli dura bilər.

Mən demirəm sülhə çağırışla labüd ağır hökm yumşalar. Bu, xırda məsələdir. Tutalım, 65 yaşı keçdiyinə görə Arkadiyə ömürlük həbs düşmür, guya 20-25 il azdır? Ya 20 illə 25 ilin nə fərqi var? Qan dayansın deyirəm. Buna bir ümid yaransın.

Gör nə analar ağladı, nə gəlinlər dul, nə qızlar boynuburuq qaldı…

Uşaqlıq dostum Elxan məhkəmə ifadəsində dustaqlara coşdu, dedi ömrümün 30 ilini oğurladınız. Dedi və qəhərdən boğuldu.

Elxanın talan olunmuş ömrünün şahidiyəm.

Öz ömrüm də çalınıb. Buna ömrün adamın yanından gəlib ötməsi deyərlər.

Amma itən ömrüm bir damla göz yaşından qiymətli deyil. Analar ağlamasın…

Məhkəmədəki ifadəm

İfadəmdə olmayanlar

Viran vücuddan qaçış

  • 29 Aprel 2025
  • comments

Valyuta statistikası

  • 01 May 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda