Azərbaycan mehmanxanaları barədə hesabat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxanalarda 3 milyon 269 min gecələmə keçirilib, bunun 60,4 faizi Bakıda, 5,6 faizi Xaçmazda, 4,3 faizi Naftalanda, 4,3 faizi Qusarda, 4,3 faizi Qubada, 4 faizi Qəbələdə, 3,6 faizi Şabranda, 2,4 faizi Lənkəranda, 1,2 faizi Qaxda, 1,1 faizi Masallıda, 1 faizi Şamaxıda, 1 faizi Naxçıvan Muxtar Respublikasında, 6,8 faizi başqa bölgələrdə qeydə alınıb.
Əcnəbilərin payına düşən gecələmələrin sayı 1 milyon 772,2 min göstərilir, doqquz ayda mehmanxanaların 468,5 milyon manat gəlir əldə etdiyi vurğulanır.