2024-cü il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 209 min 603 nəfərə çatıb. Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-avqust aylarında 68129 doğum, 39684 ölüm, 30788 nikah, 14248 boşanma qeydə alınıb.
Hesabata görə, 2023-cü ilin doqquz ayına nəzərən doğum 10,7 faiz, ölüm halları 3,3 faiz, nikahlar 10 faiz, boşanmalar 4,5 faiz azalıb.