2024-cü il oktyabrın 1-nə Azərbaycanda 5 milyon 21,7 min nəfər məşğul şəxs, 216,4 min nəfər işsiz qeydə alınıb.
Dövlət Statistika Komitəsi sentyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 997,1 manat göstərib (neft-qaz sektorunda 3745,5 manat, qeyri-neft/qaz sektorunda 946,1 manat, dövlət müəssisələrində 953,7 manat, özəl müəssisələrdə 1042,8 manat).
Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3587,2 manat;
maliyyə və sığorta fəaliyyəti – 2777 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1701 manat;
informasiya və rabitə – 1688,3 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1380,6 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1357,9 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1078,7 manat;
tikinti – 1071,6 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1070,9 manat;
emal sənayesi – 898,4 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 852,8 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 750,3 manat;
təhsil – 750,2 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 736,6 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 723,9 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 669,7 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 600,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 567 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1214,3 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.