Ermənistanın Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Rəsmi açıqlamaya görə, martda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 1,2 faiz düşüb, ərzaq və spirtsiz içkilər 5,6 faiz, səhiyyə xidmətləri 0,8 faiz, rabitə xidmətləri, istirahət və mədəniyyət xidmətləri 0,4 faiz, kommunal xidmətlər 0,1 faiz ucuzlaşıb.
Nəqliyyat xidmətlərində qiymət artımı 9 faiz, alkoqollu içkilər və siqaretdə 7,4 faiz, təhsil sahəsində 4,8 faiz, restoran və mehmanxana xidmətlərində 3,8 faiz, geyim və ayaqqabılarda 1,2 faiz, məişət avadanlıqlarında 0,1 faiz göstərilir.