Nazirlər Kabineti koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimini iyulun 1-dək uzadıb. Qərar martın 11-də verilib.
Rejimin aprelin 2-də başa çatması nəzərdə tutulmuşdu.
2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son ümumi hesabata görə, ölkədə 835144 nəfər koronavirusa yoluxub, onların 10428-i vəfat edib.