Rəsmi statistikaya görə, Azərbaycanda 833550 nəfər koronavirusa yoluxub, onların 10337-si vəfat edib, 370-i aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilə 7149 yoluxma, 329 ölüm düşür.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 413,5 min nəfərə bir, 4 milyon 884,3 min nəfərə iki, 3 milyon 405,5 min nəfərə azı üç, 266,4 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.
Novator.az bildirir ki, oktyabrın 10-na olan beynəlxalq statistikaya əsasən, 185 ölkə və ərazidə 21,1 milyon nəfərdən çox aktiv xəstə var.