• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Söyüdlüdə yoxlamanın nəticələri

  • 26 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üzrə komissiyanın növbəti iclasından rəsmi bilgi yayılıb.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib.

İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkətinin istismar etdiyi Söyüdlü qızıl yatağında iş iyul ayında müvəqqəti dayandırılib.

Söyüdlü komissiyasının sentyabrın 26-sı baş nazir Əli Əsədovun yanında keçirilən iclasında Böyük Britaniyanın “Micon” şirkətinin keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub. Hesabata görə, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülüb, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə təhlil edilib. Gədəbəy mədən sahəsindən və ətraf ərazilərdən, o cümlədən tullantı anbarı və boru kəməri dəhlizi ətrafındakı sahələrdən və ətraf yaşayış məntəqələrindən, ümumilikdə 29 nöqtədən torpaq nümunələri götürülərək 17 parametr üzrə təhlillər həyata keçirilib. Gədəbəy mədən sahəsi və ətraf yaşayış məntəqələri daxil olmaqla 8 nöqtədə portativ qaz, toz, səs-küy, vibrasiya və radioaktivliyi ölçən analizatorlar vasitəsilə havanın keyfiyyətinin monitorinqi üzrə ümumilikdə 32 ölçmə işi yerinə yetirilib.

Nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb. Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər.

Eyni zamanda istehsal sahəsi və ətraf ərazilərdən götürülmüş torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub.

Müəssisənin sianidin idarə edilməsi planının yenilənməsi tövsiyə edilib.

Bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqların köhnə olduğundan mədən sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün investisiya yatırımı tələb olunur.

“Azərbaycan Beynəlxalq Mədən Şirkəti” hesabatda göstərilənlərlə razılaşaraq tövsiyə və tapşırıqların icrası ilə bağlı müvafiq icra qrafiklərinin qısa müddət ərzində hazırlanmasını və təqdim olunmasını öz üzərinə götürüb.

Söyüdlü aksiyası

Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb

Baş nazir Söyüdlü komissiyası yaratdı

Söyüdlüdə qızılı hansı şirkət çıxarır?

Söyüdlünü qapatmağın hüquqi əsası varmı?

Söyüdlü: araşdırmalar davam edir

Söyüdlü komissiyası toplanıb

Söyüdlü məhbusları Bakıya gətirilib?

Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar

Söyüdlü xronikası

Söyüdlü mədənində istismar dayanır

Baş nazirdən Söyüdlü qərarı

Kabinetə Söyüdlü təklifləri

Büdcə layihəsi necə yenilənib?

  • 26 Sentyabr 2023
  • comments

Şəhidlər günü

  • 27 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Ekologiya
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda