• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Söyüdlü komissiyası toplanıb

  • 25 İyun 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyunun 25-də baş nazir Əli Əsədov Gədəbəyin Söyüdlü kəndində vəziyyəti araşdıran komissiyanın ilkin hesabat iclasını keçirib. Rəsmi məlumata görə, komissiyanın sədri Muxtar Babayev tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə məruzə edib. Bildirilib ki, ərazidə ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanır. O da vurğulanıb ki, ərazidə fəaliyyət göstərən şirkətdən su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.

Monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə əlavə məlumat veriləcəyi bəyan olunub.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıb. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.

Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.

Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.

Söyüdlü aksiyası

Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb

Baş nazir Söyüdlü komissiyası yaratdı

Söyüdlüdə qızılı hansı şirkət çıxarır?

Söyüdlünü qapatmağın hüquqi əsası varmı?

Söyüdlü: araşdırmalar davam edir

General rütbələri, təltiflər

  • 25 İyun 2023
  • comments

Elçin Sadıqovun prezidentə müraciəti

  • 25 İyun 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Ekologiya
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda