Beynəlxalq statistika 189 ölkə və ərazidə 21 milyon 37 min nəfərə yaxın aktiv koronavirus xəstəsinin olduğunu göstərir. Novator.az bildirir ki, milli hesabata görə, Azərbaycanda 832809 nəfər koronavirusa yoluxub, onların 10321-i vəfat edib, 225-i aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilə 6408 yoluxma, 313 ölüm düşür.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 413,5 min nəfərə bir, 4 milyon 884,3 min nəfərə iki, 3 milyon 405,5 min nəfərə azı üç, 266,4 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.