Ermənistan əhalisi artıb
- 08 Avqust 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
2023-cü il iyulun 1-nə Ermənistan əhalisinin sayı 2 milyon 985,1 nəfərə yüksəlib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Statistika Komitəsi bildirir ki, 2022-ci ilin eyni dövrünə ölkənin 2 milyon 961,9 min nəfər daimi sakini olub, bir ildə 23,2 min nəfər artım rəsmiləşib.
Açıqlamada əhalinin yarım il üzrə təbii artımı (doğulanlar və ölənlərin nisbəti) 35,8 faiz göstərilir.
Yanvar-may aylarında ölkədə 12472 nəfərin vəfat etdiyi, ötən ilin eyni dövrünə nəzərən 15 faiz azalma qeydə alındığı xəbər verilir.
Statistikaya görə, ölənlərin 54 faizi qan dövranı sistemi xəstəliklərindən, 20,2 faizi onkoloji şişdən, 9,4 faizi tənəffüs orqanlarında, 4,7 faizi həzm orqanlarında problemlərdən əziyyət çəkib.
Ölənlərin 5,3 faizinin koronavirus infeksiyasına yoluxduğu, 3,7 faizinin zəhərlənmə, xəsarət və bədbəxt hadisənin qurbanı olduğu vurğulanır.