Energetika Nazirliyinin 8 avqust məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 89,45 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 29,45 dollar yuxarı qiymətdir.
2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.