• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu yenə həbsdə saxlandı

  • 07 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi avqustun 7-də London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması barədə qərardan şikayətə baxıb. Şikayət təmin olunmayıb, Nərimanov Rayon Məhkəməsinin 1 avqust qərarı qüvvədə qalıb. Həmin gün Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə vəsatətə yox deyilib. Vəsatət Qubad İbadoğlunun şəkərli diabetdən və hipertoniyadan əziyyət çəkməsi, həbsdə saxlanmasının səhhətindəki problemləri artırması ilə əsaslandırmışdı.

Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu şəbəkə kimi tanınan FETÖ-yə bağlı şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Məlumata görə, Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib, iyulun 28-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qubad İbadoğlunun dörd vəkili var: Zibeydə Sadıqova, Bəhruz Bayramov, Fəxrəddin Mehdiyev, Şəhla Hümbətova.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.

1990-cı illərdən Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan Azərbaycan Demokratiya və Rifah Partiyası 2021-ci ildə yaradılıb, ancaq dövlət qeydiyyatına alınmayıb.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

İşğalçı rejimin “parlamentində” daşnak “sədr”

  • 07 Avqust 2023
  • comments

Bərdə ziyarəti

  • 07 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda