• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadlıq cəhdləri

  • 06 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsinə daha bir cəhd göstərilir. Vəkil Zibeydə Sadıqova “Turan”a deyib ki, avqustun 7-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin 1 avqust qərarından şikayətə baxacaq. 1 avqust qərarı ilə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb. Vəsatət Qubad İbadoğlunun şəkərdən və hipertoniyadan əziyyət çəkməsi, qapalı şəraitdə saxlanmasının səhhətindəki problemləri artırması ilə əsaslandırmışdı.

Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasında saxlanır.

Cinayət-Prosessual Məcəlləsi ev dustağı üçün yaşayış yerini, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək kimi vəzifələr qoyur.

Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu şəbəkə kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Məlumata görə, Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, dövlət qeydiyyatında olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.

Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Elmi əsərlər, kitablar, monoqrafiya və dərs vəsaitləri müəllifidir.

“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.

Avqustun 5-də bir qrup ziyalının prezident İlham Əliyevə müraciətində Qubad İbadoğlunun cinayət işinin nəzarətə götürülməsinə, onun azadlığa buraxılmasına yardım göstərmək çağırışı yer alıb.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Navalnıya yeni cəza: 19 il həbs

  • 04 Avqust 2023
  • comments

1,7 manatın 5 il 5 ayı

  • 07 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda