• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çindən çıxan amerikalılar Çini bəyənirmi?

  • 26 İyul 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi Çin əsilli amerikalılar arasında sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğu göstərib ki, onların ən çox rəğbət bəslədiyi ölkə yaşadıqları Birləşmiş Ştatlardır. Respondentlərin 72 faizi ABŞ-a rəğbətlə yanaşdığını söyləyib, sonrakı yerlərdə Yaponiya (63 faiz), Tayvan (62 faiz) və Cənubi Koreya (54 faiz) gəlib.

Ana vətənə – Çinə rəğbətlə baxan çinlilər 41 faiz göstərilir.

Sorğuya qatılanların 35 faizi Çinə mənfi münasibət bəslədiyini söyləyib. 22 faiz isə deyib ki, Çinə münasibəti nə mənfi, nə də müsbətdir.

Çinə müsbət yanaşanların 45 faizinin ABŞ-dan kənarda, 25 faizinin ABŞ-da doğulduğu bəlli olub. ABŞ-dan kənarda doğulanlar arasında yenicə mühacirət edənlər Çin haqda daha müsbət fikir söyləyib.

Münasibətindən asılı olmayaraq respondentlərin 80 faizi Çinə köçmək istəmədiyini deyib. Sorğu iştirakçılarının yalnız 16 faizinin Çinə köçmək arzusu olduğu üzə çıxıb.

Nə vaxtsa Çinə köçməyi arzulayanlar arasında ingilisdillilər, yəni Çin dilini bilməyənlər azlıq təşkil edir. Köçməyə meyil edənlərin əksəri çincəni ingiliscədən yaxşı bilən, əsas danışıq dili Çin dili olanlardır. Eyni zamanda köçməyə meyillilərin çoxunun ABŞ vətəndaşı olmadığı aydınlaşıb.

Respondentlərin 25 faizi köçmək arzusunun əsas səbəbi kimi dostlara, qohum-əqrəbaya qovuşmaq, milli mədəniyyətin içində olmaq faktorlarını qeyd edib.

13 faiz Çində özünü daha təhlükəsiz hiss edəcəyi amilini önə çəkib.

8 faiz hər şeydən əvvəl irqi ayrı-seçkilikdən can qurtarmaq üçün Çinə köçməyi arzuladığını diqqətə çatdırıb.

Respondentlərin bir başqa 8 faizini köçməyə meyilləndirən əsas səbəb Çində yaşlılara daha yaxşı qayğı göstərildiyi düşüncəsidir.

Çin əsilli amerikalıların 7 faizi isə ona görə Çinə köçmək istəyir ki, orada dolanışığın daha ucuz başa gəldiyini düşünür.

“Pyu” Araşdırma Mərkəzinin sorğusuna əsasən, ümumilikdə Asiya mənşəli amerikalıların yalnız 14 faizi Çinə müsbət münasibət bəsləyir.

Mənbə: Pewresearch.org

Xədicə İsmayıl: dövlət Avropaya nə izahat verib?

  • 26 İyul 2023
  • comments

Enerji sektorunda yeniliklər

  • 26 İyul 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda