• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şakir Yaqubovun kitabı təqdim olunub

  • 20 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 20-si Bakıda, Azərbaycan Mətbuat Şurasının ofisində mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı təqdim olunub.

Şura sədri Rəşad Məcidin apardığı mərasimdə jurnalistlər, Şakir Yaqubovun dostları, ailə üzvləri çıxış ediblər.

Elşən Əliyev, Süleyman Qaradağlı, Şərif Ağayar, Tahir Aydınoğlu, Hacı Mehman Fərzullayev, Svetlana Şıxəliyeva, Müsəllim Həsənov, İmran Bədirxanlı, Mədət Əyyuboğlu, Zemfira Müseyibqızı, Azər Qaraçənli bir jurnalist kimi Şakir Yaqubovdan görüb-götürdüklərini yada salıb, onunla eyni redaksiyada işlədikləri, yaxud əməkdaşlıq etdikləri illərin yaradıcı bəhrəsindən söz açıblar. Hər bir media nümayəndəsi, söz adamı Şakir Yaqubovu ustad sənətkar, tələbkar redaktor, əvəzolunmaz müəllim kimi xatırladığını diqqətə çatdırıb.

Şakir Yaqubovun gənclik dostları, o cümlədən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov da tədbirdə çıxış edib, xatirələrini bölüşüb.

Şakir Yaqubovun övladları Aysel və Aynur Yaqubovalar tədbirin təşkilatçılarına, kitabın ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlıqlarını çatdırıb, media nümayəndələrini 22 iyul bayramı – Azərbaycan Jurnalistikası Günü münasibətilə təbrik ediblər.

“Yaddaşa son səyahət” RAF poliqrafiya müəssisəsində jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu, Azər Qaraçənlinin redaktorluğu ilə buraxılıb. Kitabda Şakir Yaqubovun 2017-2020-ci illərdə Novator.az saytında dərc edilmiş publisistik qeydləri toplanıb.

1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetini bitirib.

“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.

“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.

1989-cu və 2005-ci illərdə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Şakir Yaqubov 2022-ci il oktyabrın 15-i Bakıda vəfat edib. Ölümündən sonra jurnalistə həsr olunmuş “Ustadlıq missiyası” kitabı çapdan çıxıb.



Zamin Salayev: şikayət veriləcək

  • 20 İyul 2023
  • comments

Qarabağda

  • 20 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda