AXCP sədri Əli Kərimli partiya funksioneri Zamin Salayevin həbsdə saxlanmasına münasibət bildirib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, dövlət hakimiyyətini ələ keçirib adından qərarlar verən kiçik bir qrup ölkənin ən mübariz insanlarından olan Zamin Salayevi məhv etməklə məşğuldur: “Aclıq aksiyası günlərində Zamin bəyə guya vəd etmişdilər ki, apellyasiya şikayətinə ədalətlə baxılacaq. Bu da İlham Əliyev hakimiyyətinin ədaləti. Heç bir cinayət törətməmiş adamı əvvəlcə şərlədilər, əsassız olaraq 4 il müddətinə azadlıqdan məhrum etdilər, apellyasiya məhkəməsi bu saxta, əsassız qərarı qüvvədə saxladı.
Bu ölkədə ədalət ayaqlar altında tapdalanır. Azadlıq, ədalət tələb edənlər həbs olunur, təqibə məruz qalır. Nəyə görə bunu edə bilirlər? İlk növbədə ona görə ki, hakimiyyəti ələ keçiriblər, seçilməyiblər və hakimiyyəti itirməkdən qorxurlar. Xalqı, onun mübariz övladlarnı əzirlər ki, xalq qorxsun.
Bütün bunları həm də ona görə edə bilirlər ki, ölkədə haqqını, hüququnu hamı yox, az sayda adam aktiv şəkildə tələb edir. Bizim “siyasətə qarışmamağımız” bizi hər cür haqsızlıqdan, repressiyadan qoruya bilməsə də, kiçik istismarçı qrupa imkan yaradır ki, xalqı istədiyi kimi əzsin. Ancaq belə davam etməməlidir və inanıram ki, davam etməyəcək”.
AXCP-nin Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
İttihamı qəbul etməyən Zamin Salayev tutulduğu gündən aclıq aksiyası keçirib, buna görə səhhəti ağırlaşıb. Mayın 11-də o, Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, iyunun 1-də aksiyanı dayandırıb. Cəbhəçi apellyasiya instansiyasında işinə obyektiv baxılacağı vədinə əsaslanaraq belə addım atıb.
Zamin Salayev iyunun 6-da Bakı İstintaq Təcridxanasına qaytarılıb.
İyulun 10-da yenidən aclıq aksiyasına başlayan cəbhəçi azadlığa buraxılmasını istəyir.
İyulun 13-də Bakı Apellyasiya Məhkəməsi məhbus cəbhəçinin bəraət istəyini təmin etməyib, Qaradağ Rayon Məhkəməsinin 22 may hökmünü qüvvədə saxlayıb.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti
Zamin Salayev prosesi başlayır
Zamin Salayevin məhkəməsi başladı
“Zülmə birlikdə etiraz etməliyik”
Zamin Salayev xəstəxanaya köçürülüb
Zamin Salayev həyat yoldaşı ilə danışıb
Zamin Salayev ayaq üstə dura bilmir
Zamin Salayev aclığı dayandırdı
Zamin Salayev təcridxanaya qaytarılıb
Zamin Salayev: yeni proses təyin olunub