Gənc jurnalistlərin nəzərinə!
- 07 İyul 2023
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Dezinformasiya və feyk (saxta) məlumat nədir, necə yayılır, onu kimlər yayır? Dezinformasiya və feyklərin zərəri nədir? Onların yayılmasının qarşını almaq mümkündürmü? Bunun üçün nə etməli? Dezinformasiya yaymağın cəzası nədir? Dezinformasiyaları, saxta məlumatları necə müəyyən etmək olar? İnternet dezinformasiya və saxta məlumatların əsas mənbəyidirmi?
Bu və digər suallara iyulun 21-24-də Bakıda gənc jurnalistlər üçün təşkil olunacaq təlimdə tanınmış media ekspertlərinin, peşəkar jurnalistlərin köməyi ilə cavab tapmaq mümkündür.
Dörd günlük təlimdə gənc jurnalistlər və ali təhsil ocaqlarının jurnalistika fakültələrinin tələbələri iştirak edə bilərlər.
Təlimdə iştirak etmək üçün elektron poçtla [email protected] ünvanına, yaxud votsapla (+994) 55 780 59 66 nömrəsinə yazaraq müraciət etmək gərəkdir.