Bakı Apellyasiya Məhkəməsi məhbus cəbhəçi Zamin Salayevin şikayəti üzrə hazırlıq iclasını iyulun 6-na təyin edib. Xəbəri iyunun 21-də “Turan” yayıb. Şikayətdə Zamin Salayevə bəraət istənir.
AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
İttihamı qəbul etməyən Zamin Salayev tutulduğu gündən aclıq aksiyası keçirib. Mayın 11-də o, Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, iyunun 1-də aksiyanı dayandırıb. Cəbhəçi apellyasiya instansiyasında işinə obyektiv baxılacağı barədə vədə əsaslanaraq belə addım atıb.
Zamin Salayev iyunun 6-da Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Novator.az bildirir ki, Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti
Zamin Salayev prosesi başlayır
Zamin Salayevin məhkəməsi başladı
“Zülmə birlikdə etiraz etməliyik”
Zamin Salayev xəstəxanaya köçürülüb
Zamin Salayev həyat yoldaşı ilə danışıb
Zamin Salayev ayaq üstə dura bilmir