Məhbus cəbhəçi Zamin Salayev iyunun 1-də aclıq aksiyasını dayandırıb. “Turan”ın məlumatına görə, o, apellyasiya instansiyasında işinə obyektiv baxılacağı barədə vədə əsaslanaraq belə addım atıb.
AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
İttihamı qəbul etməyən Zamin Salayev tutulduğu gündən aclıq aksiyası keçirirdi. Mayın 11-də o, Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Aksiya müddətində Zamin Salayev 50 kiloqrama yaxın çəki itirib, onun səhhəti ağırlaşıb.
Vəkil Nemət Kərimli iyunun 1-də Novator.az-a deyib ki, Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Zamin Salayevə bəraət istənir.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti
Zamin Salayev prosesi başlayır
Zamin Salayevin məhkəməsi başladı
“Zülmə birlikdə etiraz etməliyik”
Zamin Salayev xəstəxanaya köçürülüb
Zamin Salayev həyat yoldaşı ilə danışıb